Azərbaycanda iqtisadi artım cüzi də olsa sürətlənib
Azərbaycanın iqtisadi artım tempi 0,3%-dən 0,9%-ə sürətlənib.
Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-aprel aylarında Ümumi Daxili Məhsul istehsalı haqqında məlumatları açıqlayıb.
Məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 305,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 29 milyard 892,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,3 faiz artmışdır.
ÜDM istehsalının 37,3 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 3841,8 manata bərabər olmuşdur.
Sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-aprel aylarında 21,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artmışdır.
Sənaye məhsulunun 62,3 faizi mədənçıxarma sektorunda, 30,6 faizi emal sektorunda, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,4 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 90,3 faiz, əczaçılıq məhsullarının istehsalı 54,4 faiz, maşın və avadanlıqların istehsalı 26,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 18,7 faiz, qida məhsullarının istehsalı 12,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 7,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 6,3 faiz, içkilərin istehsalı 4,0 faiz, tütün məmulatlarının istehsalı 3,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,3 faiz artmış, mebel istehsalı 3,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,9 faiz, elektrik avadanlıqlarının istehsalı 5,4 faiz, neft məhsullarının istehsalı 9,9 faiz, hazır metal məmulatlarının istehsalı 12,7 faiz, tikinti materiallarının istehsalı 12,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2 faiz, kağız və karton istehsalı 26,6 faiz, geyim istehsalı 42,8 faiz, poliqrafiya məhsullarının istehsalı isə 48,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,7 faiz artmışdır.
İnvestisiyalar haqqında
2025-ci ilin yanvar-aprel aylarında əsas kapitala 5069,3 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 22,7 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,3 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 2578,8 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinə, 1627,6 milyon manatı (32,1 faizi) xidmət sahələrinə, 862,9 milyon manatı (17,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 3772,4 milyon manatını və ya 74,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 3969,3 milyon manatı və ya 78,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 d. əvvəl
-
19 d. əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının daha da artdığını açıqladı
-
- 42 d. əvvəl
-
44 d. əvvəl
Sabiq şöbə müdirinin oğlu, həkim-stomatoloq dələduzluğa görə həbs edilib
-
52 d. əvvəl
Xalq Bank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) tərəfdaşıdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Keçmişdə Ermənistan digər dövlətlərin sayəsində mövcud olub"
-
1 saat əvvəl
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının tərkibində dəyişiklik olub
-
1 saat əvvəl
Nestle-də qəfil direktor dəyişikliyi - Gizli romantik münasibəti üzə çıxdı, vəzifəsini itirdi
- 2 saat əvvəl
Son Xəbərlər

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Nestle-də qəfil direktor dəyişikliyi - Gizli romantik münasibəti üzə çıxdı, vəzifəsini itirdi
Ən çox oxunanlar

Qızılın qiyməti yeni rekord səviyyəsini gördü

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

"Yelo Bank"da yığıncaq keçiriləcək

Rəsmi məzənnələr açıqlandı

Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir

Azercell qadınlara növbəti dəstək proqramına start verir
