CELT Tədris və İnkişaf Mərkəzinin hazırladığı kitabın təqdimatı oldu
Cambridge Universitetinin tədris metodikasına əsaslanan Milli İngilis dili ədəbiyyatı kitabının təqdimatı olub.Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanmış, Cambridge Universitetinin tədris metodikasına əsaslanan Milli İngilis dili ədəbiyyatı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə şirkət rəhbərliyi ilə yanaşı tanınmış alimlər, yazıçılar, ədəbiyyat və dövlət xadimləri də iştirak ediblər.
Məlumat verilib ki, yeni dərslik şagirdlərə ingilis dilini yüksək standartlarla öyrənməklə yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti və dəyərləri ilə də tanışlıq imkanı yaradır. Bu yanaşma, dil tədrisini milli kimliklə birləşdirərək unikal bir model ortaya qoyur.
Layihə çərçivəsində süni intellektə əsaslanan ev tapşırıqlarına nəzarət sistemi, elektron monitorinq və geribildirim platforması tətbiq olunub. Hər üç dərsdən sonra keçirilən testlərlə biliklərin davamlı qiymətləndirilməsi həyata keçirilir.
CELT Tədris və İnkişaf Mərkəzinin təsisçisi Xəyyam Dəmirov jurnalistlərə müsahibəsində bildirib:
"CELT Tədris və İnkişaf Mərkəzi olaraq istəyimiz ondan ibarətdir ki, tələbələrimiz ingilis dilini öyrənərkən öz tarixlərini, mədəniyyətlərini və dəyərlərini də öyrənsinlər. Biz Cambridge-in dəstəyi ilə bu istiqamətdə müasir və güclü məzmun təqdim etdik. Burada ən mühüm fərqləndirici cəhət isə imtahan cavablarının satışda olmamasıdır. Bu şagirdlərin əzbərləməyə deyil, real bilik və anlayışa əsaslanmasını təmin edir və qiymətləndirmə prosesini daha ədalətli edir. Yeni nəşr, Azərbaycan təhsilində innovasiya və milli məzmunun beynəlxalq tədris standartları ilə uğurlu sintezini nümayiş etdirir.".
Qeyd edək ki, 25 illik təcrübəyə malik olan CELT Tədris və İnkişaf Mərkəzinin başlıca məqsədi, tələbələrə yüksək keyfiyyətli beynəlxalq təhsil təqdim edərək onların akademik və peşəkar inkişafına dəstək olmaqdır. CELT-də hər bir tələbəyə xüsusi diqqət yetirilir, tədris qrupları maksimum 3 nəfərlə məhdudlaşdırılır. Bu, dərslərin daha səmərəli və məhsuldar keçməsinə imkan yaradır. Dərs saatlarının çox olması və dərslərin hər gün keçirilməsi tələbələrin biliklərinin daha dərin və dayanıqlı olmasını təmin edir.
CELT – yalnız təhsil deyil, gələcək uğurlarınızın başlanğıcıdır! (https://celt.az/)
Övladlarınıza beynəlxalq səviyyədə təhsil və parlaq karyera imkanları qazandırın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
18 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
27 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























