Bu gündən müavinət və təqaüdlər artırıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, Prezident İlham Əliyevin Fərmanına əsasən, növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində bu gündən - iyulun 1-dən müavinət və təqaüdlər artırılaraq, aşağıdakı məbləğlərdə müəyyən olunub:
Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü – 700 manat;
Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət iləəlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
81-100 faiz pozulmasına görə (I dərəcə) — 600 manat;
61-80 faiz pozulmasına görə (II dərəcə) — 500 manat;
31-60 faiz pozulmasına görə (III dərəcə) — 400 manat;
Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü — 2200 manat;
Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü — 2000 manat;
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1700 manat;
Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 600 manat;
Dəfn üçün birdəfəlik müavinət — 600 manat;
Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:
0-6 yaş arası uşaq üçün — 500 manat;
7-13 yaş arası uşaq üçün — 600 manat;
14-18 yaş arası uşaq üçün — 650 manat;
Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:
81-100 faiz pozulmasına görə (I dərəcə) — 300 manat;
61-80 faiz pozulmasına görə (II dərəcə) — 250 manat;
31-60 faiz pozulmasına görə (III dərəcə) — 180 manat;
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü — 350 manat;
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü — 250 manat;
Övladlığa götürülən hər uşağa görə aylıq müavinət — 240 manat;
Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) — 140 manat;
Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət — 140 manat;
Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət — 140 manat;
Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) — 140 manat;
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət — 140 manat;
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) vəəlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü — 120 manat;
Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
“Xalq” fəxri adına görə — 300 manat,
“Əməkdar” fəxri adına görə — 200 manat.
Beləliklə, müavinət və təqaüdlərində artımlar edilmiş vətəndaşlar artıq bu aydan həmin ödənişlərini artırılmış məbləğlərdə alacaqlar.
Ümumilikdə 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi üzrə müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsait 5 dəfə artıb.
Xatırladaq ki, dövlətimizin başçısının 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb.
Cari ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paketi üzrə ümumilikdə 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılıb və bu artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
-
22 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
47 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























