Naxçıvanın bu ilin 6 aylıq iqtisadi göstəriciləri açıqlanıb
2025-ci ilin ilk 6 ayı ərzində muxtar respublikada istehsal olunan məhsullar Gürcüstan, Rusiya, Yəmən, Türkiyə, ABŞ, Qırğızıstan və digər ölkələrə ixrac edilib. Ümumi ixrac dəyəri 5,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,0 faiz çoxdur.
Bunu 22 iyul – Milli Mətbuat Günü münasibətilə Naxçıvanda media nümayəndələri üçün təşkil olunmuş “Açıq qapı” günü tədbirində çıxışı zamanı iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib.
Nazir əlavə edib ki, 2025-ci ilin birinci yarımili ərzində ixrac potensialının genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ölkə daxilində və xaricdə keçirilən 11 beynəlxalq tədbirdə 45 sahibkarın iştirakı təmin olunub, 13 şirkətin məhsulları 3 beynəlxalq sərgidə nümayiş etdirilib. Naxçıvandan ixrac olunan mallara 183 mənşə sertifikatı verilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çoxdur.
“İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 23 lisenziya verilib. Bu lisenziyaların 43,5 faizi əczaçılıq, 13,0 faizi sürətli poçt xidməti, 8,7 faizi özəl tibb sahəsinə, 34,8 faizi isə digər fəaliyyət növlərinə aiddir. Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən 4399 icazə reyestrdə qeydiyyata alınıb və bu icazələrdən büdcəyə 103,5 min manat vəsait daxil olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə verilmiş icazələrin sayı 3 dəfə, daxilolmalar isə 85,2 faiz artıb", - deyə nazir qeyd edib.
Naxçıvanda sahibkarlara 7,4 milyon manat güzəştli kredit verilib
Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev qeyd edib ki, 2025-ci ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 77 layihənin maliyyələşdirilməsinə 7,4 milyon manat vəsait ayrılıb.
Bildirilib ki, Fond tərəfindən maliyyələşdirilmiş ümumi güzəştli kredit məbləğinin 73,6 faizi sənaye, 18,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 8,1 faizi isə xidmət sahələrinə yönəldilib. Bu dövrdə ayrılmış güzəştli kreditlərin 8,6 faizi kiçik, 23,9 faizi orta, 67,5 faizi isə böyük həcmli kreditlərdən ibarət olub. Verilmiş kreditlər hesabına 80 yeni iş yerinin açılması imkanı yaranıb.
Nazir əlavə edib ki, 2025-ci ilin ilk 6 ayı ərzində 5,8 milyon manat məbləğində güzəştli kredit geri qaytarılıb. Həmin dövrdə həmçinin 2,1 milyon manat problemli kredit ödənilib.
Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 8-ə çatdırılıb.
Naxçıvanda vergi daxilolmaları artıb
Kazım Hüseynəliyev əlavə edib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin əsas hissəsini Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar təşkil edib.
Nazir əlavə edib ki, 2025-ci ilin 6 ayı ərzində ümumilikdə muxtar respublika üzrə vergi daxilolmaları 93,8 milyon manat proqnoza qarşı 115,8 milyon manat və ya 23,4 faiz artıq icra olunmuş, ötən ilin müvafiq dövrünə nisbətən isə 18,6 milyon manat və ya 19,2 faiz artım qeydə alınıb.
2025-ci ilin 6 ayında məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 86,4 milyon manat, işsizlik sığortası fonduna daxilolmalar 2,2 milyon manat, icbari tibbi sığorta üzrə daxilolmalar isə 15,1 milyon manat təşkil edib.
Hesabat dövründə vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 22 mindən çox şəxs qəbul edilib, 30 minə yaxın xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,2 faiz çoxdur. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99,5 faiz təşkil edib. 2025-ci ilin 6 ayında vergi ödəyicilərinə 660 mindən çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib, 60 görüş keçirilib, onlara 248 ünvanlı xidmət göstərilib.
Muxtar respublikada ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi uğurla davam etdirilib. 2023-cü ildən indiyədək muxtar respublikada layihə çərçivəsində istehlakçılara 3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-iyun aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq 808,4 min manat olub. 2025-ci ilin 6 ayında nağdsız əməliyyatlar üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz artaraq 592,3 milyon manat təşkil edib.
Naxçıvanda 2025-ci ilin 6 ayında dövlət əmlakından səmərəli istifadə olunub
Dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar 358,7 min manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 221,4 min manat və ya 2,6 dəfə çox olub. Ötən dövr ərzində dövlət əmlakının səmərəli idarə edilməsi nəticəsində 122 yeni icarə müqaviləsi bağlanıb, 107 icarə müqaviləsinin müddəti uzadılıb.
Bunu iqtisadiyyat naziri Kazım Hüseynəliyev jurnalistlərə açıqlamasında deyib.
Bildirilib ki, 2025-ci ilin 6 ayı ərzində 55 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirmədən 881,6 min manat vəsait daxil olub. Ümumilikdə, cari ilin 6 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən 1 milyon 240 min manat vəsait əldə edilib.
Nazir əlavə edib ki, 2025-ci ilin 6 ayı ərzində elektron xidmətlərdən daxil olan müraciətlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisdə 7,3 faiz artaraq 3135-ə çatıb. Həmin dövrdə 24 hərrac keçirilib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz çoxdur. Eyni zamanda, cari ilin 6 ayı ərzində 4967 daşınmaz əmlak obyekti qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding" platformasının ikinci tədbiri baş tutub
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
6 saat əvvəl
Taleh Kazımov: “ABB-nin İPO-sunda səhmlərə sifarişlərin 84%-i mobil əlavə vasitəsi ilə verilib”
-
-
10 saat əvvəl
Azərbaycanda “card to card” əməliyyatlarının AÖS üzərindən aparılmasına başlanılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Agentlik: Yaşayış binalarında ən azı 3 provayderin xidmət göstərməsi zəruri hesab olunur
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 7,3% artaraq 3,3 milyard dollara çatıb
-
13 saat əvvəl
Azərbaycanda yeni binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq
-
13 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
-
13 saat əvvəl
Aylıq gəliri 3000 manatadək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Taleh Kazımov: “ABB-nin İPO-sunda səhmlərə sifarişlərin 84%-i mobil əlavə vasitəsi ilə verilib”
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
Aylıq gəliri 3000 manatadək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər
Azərbaycanda Özəl Sənaye Məhəlləsi dövlət qeydiyyatına alınıb - ŞİRKƏTLƏR BURADA REZİDENT OLA BİLƏRLƏR
Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ
Dekabrın 10-da gözlənilən hava şəraiti



















.jpg)






.jpg)
