Azərbaycanın iri fondu aktivlərinin 66,5 milyard dollara çatdığını açıqladı
ARDNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə 10,8% artmaqla 66,5 milyard ABŞ dollarına çatmışdır
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il iyun ayının 30-na ARDNF-nin 2025-ci ilin əvvəlinə (60 milyard 31,4 milyon ABŞ dolları) nisbətən 10,8% artaraq 66 milyard 515,6 milyon ABŞ dolları təşkil edib.
Fondun yaydığı məlumatda bildirilir ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 8 milyard 833 milyon manat, büdcə xərcləri isə 7 milyard 278,6 milyon manat təşkil edib.
Büdcə gəlirləri:
Neft-qaz gəliri. 2025-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 milyard 743,2 milyon manat olmuşdur, o cümlədən:
mənfəət neftinin və qazın satışından 4 milyard 974,3 milyon manat,
bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat,
akrhesabı ödənişlər 3,6 milyon manat.
Qeyd edilib ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 milyard 427,3 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 423,3 milyon manat məbləğində vəsait daxil olmuşdur.
İnvestisiya gəliri. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 89,8 milyon manat təşkil etmişdir.
Büdcədənkənar gəlir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 9 milyard 468,7 milyon manat təşkil etmişdir.
Büdcə xərcləri:
Büdcəyə transfert. Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 240,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
Layihə xərcləri. 2025-ci ilin yanvar-iyun aylarında aşağıdakı icrası davam edən layihələrə 24.3 milyon manat yönəldilmişdir, o cümlədən:
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 4,2 milyon manat,
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 20,1 milyon manat.
İdarəetmə xərcləri. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,8 milyon manat təşkil etmişdir.
Qeyd edilib ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 3 milyard 718,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.
Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri
2025-ci ilin ilk altı ayı ərzində ARDNF-nin aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşmışdır.
ARDNF-nin borc öhdəliklərinə yatırımları ikinci rüb ərzində müsbət gəlirlilik nümayiş etdirmişdir. Rüb ərzində dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunan volatillik rübün sonuna doğru nisbətən azalmışdır. Eyni zamanda ABŞ və Avrozona iqtisadiyyatlarında inflyasiyanın müəyyən qədər səngiməsi müşahidə olunmuşdur. Borc öhdəlikləri altportfelinin gəlirliliyinə isə əsas töhfə faiz gəlirlərindən əldə olunmuşdur.
İkinci rüb ərzində qlobal səhm bazarlarında əsasən müsbət dinamika müşahidə edilmişdir. Rübün əvvəllərində ticarət siyasəti ilə bağlı yaranmış volatilliyə baxmayaraq, xüsusilə ABŞ səhm bazarlarında qiymətlərin yüksəlişi qeydə alınmışdır. Belə ki, siyasi müstəvidə davam edən qeyri-müəyyənliklərə rəğmən, investorların bazar gözləntilərində müşahidə olunan yaxşılaşma əsas səhm indekslərinin müsbət gəlirlilik nümayiş etdirməsi ilə nəticələnmişdir. Sözügedən tendensiyalar hesabat dövründə ARDNF-nin səhm altportfelinin gəlirliliyinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir.
Geosiyasi qeyri-müəyyənliklərin davam etməsi və mərkəzi bankların qızıla olan yüksək həcmdə davamlı tələbi fonunda, qızıl qiymətləri əhəmiyyətli artım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bu əsasda hesabat dövrü ərzində ARDNF-nin qızıl altportfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşmışdır.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Azərbaycanla münasibətlərdə problemlər var, lakin hər şey öz yerini tapacaq"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər

Anthropic-in dəyəri 183 milyard dollara çatıb

Tesla-nın Avropadakı satışları getdikcə azalır

“Qırmızıya qarış!” - “Baku Electronics”də 70%-dək ENDİRİM

Tramp yaxın günlərdə Putinlə telefonla danışacaq

Mərkəzi Bank yeni rəqəmsal platformalar istifadəyə verdi

Xalq Bank və “UPT”dən yeni kampaniya

Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - 5 şirkətin dövriyyəsi 50 milyard manatı aşıb
.jpg)
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycan və Asiya İnkişaf Bankı müzakirələr aparıb

Azərbaycan ada dövlətdə səfirlik təsis edəcək

Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub
