Beynəlxalq birjalarda son vəziyyət
Beynəlxalq birjalarda dolların zəifləməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin enməsi fonunda qızıla tələb artıb. Qiymətli metal 3689$ səviyyəsinə qədər artaraq tarixi maksimuma yüksəlib. Hazırda qızıl 3685$-a ticarət olunur.
Cari ilin əvvəlindən bəri qızılın qiyməti təxminən 35% bahalaşıb. 2024-cü ilin yekununda isə artım 27% olmuşdu. Bu yüksəlişə qlobal mərkəzi bankların qızıl alışı, monetar siyasətin yumşaldılması, həmçinin ümumi geosiyasi və iqtisadi qeyri-müəyyənliklər də təsir göstərib.
EURUSD valyuta cütlüyü cari həftənin əvvəlindən 1.17160 həddindən 1.17870 həddinə kimi yüksəlib. GBPUSD cütlüyü eyni müddət ərzində 1.35410 səviyyəsindən 1.36230 səviyyəsinədək bahalaşıb. USDCAD cütlüyü isə 1.38410-dən 1.37630-ə qədər kəskin dəyər itirib.
Bazar ertəsi axşamı Uoll-Stritdə daha bir uğurlu sessiya müşahidə olundu. “S&P 500” və “Nasdaq Composite” ticarətin bağlanışında tarixi maksimumlara yüksəldi, xüsusilə də “S&P 500” ilk dəfə olaraq 6600 bəndi keçdi.
İnvestorlar Trampın Çinlə ticarət danışıqları barədə verdiyi müsbət açıqlamaları izləyirlər. Bir sıra iri texnoloji şirkətlərin səhmlərinin qiymətinin artması müşahidə olunub: “Alphabet” səhmləri 4%-dən çox, “Tesla” səhmləri isə 3%-dən artıq bahalaşdı.
Həmçinin, Yaponiyanın “Nikkei 225” indeksi 45 000 bənd səviyyəsini keçərək yeni tarixi rekorda çatdı. Bu, Asiya-Sakit Okean bazarlarında artıma səbəb oldu. Lakin prosesə, ABŞ maliyyə naziri Skott Bessentin elan etdiyi Çinə məxsus “TikTok”-un satışına dair “çərçivə sazişi” müəyyən qədər kölgə saldı. Bessentin sözlərinə görə, kommersiya şərtləri artıq razılaşdırılıb. Qeyd olunur ki, Tramp və Çin sədri Si Cinpin 19 sentyabr, cümə günü sazişin şərtlərini müzakirə etmək üçün əlaqə saxlayacaqlar.
Bu gün ABŞ-da açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Eləcə də, Böyük Britaniyada dərc olunacaq Orta Əməkhaqqı Səviyyəsi və İşsizlik Səviyyəsi, Almaniyada açıqlanacaq İqtisadi İnkişaf Proqnozu İndeksi, Avrozonda və ABŞ-da dərc olunacaq Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanılıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
22 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















