Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı məlumatlara görə, 2025-ci ilin ikinci rübündə Çin yuanı və Avstraliya dollarının qlobal valyuta ehtiyatlarında payı artıb, ABŞ dolları və avro isə kiçik itkilər yaşayıb.
Marja.az məlumata istinadən xəbər verir ki, yuan və Avstraliya dollarının payı rüb ərzində 0,03 faiz bəndi artıb. Yuan və Avstraliya dolları qlobal ehtiyatlarda hər biri təxminən 2%-dən bir qədər çox paya malikdirlər. BVF tərəfindən 149 ölkədən toplanmış və analiz edilmiş məlumatlara əsasən, qlobal valyuta ehtiyatlarının həcmi təxminən 13 trilyon dollar təşkil edir.
ABŞ dolları valyuta məzənnələrindəki dəyişikliklər nəzərə alındıqda ikinci rübün sonunda payı 0,12 faiz bəndi azalaraq qlobal ehtiyatların 56,32%-ni təşkil edib. Avronun payı isə 21,13% səviyyəsində qalıb.
Dollar indeksi (avro zonası, Yaponiya, Böyük Britaniya, Kanada, İsveç və İsveçrə valyutalarına qarşı ABŞ dollarının performansını ölçür) ilin ilk yarısında 10%-dən çox ucuzlaşıb ki, bu, 1973-cü ildən bəri ən böyük geriləmədir. Yalnız ikinci rübdə dollar 8% zəifləyib.
Lakin Trampın siyasətləri və ABŞ Federal Ehtiyat Sisteminin müstəqilliyinə edilən hücumlar dolların qlobal maliyyə sistemindəki dominant mövqeyini itirə biləcəyi barədə debatları sürətləndirib.
Ekspertlər qeyd edir ki, dolların yerini digər valyutaların alması prosesi çox yavaş baş verəcək və hər hansı dəyişiklik tədricən reallaşacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























