ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…
ABŞ-ın iri bankı Morgan Stanley 2026-cı il üçün qlobal iqtisadi və maliyyə perspektivində ABŞ səhm bazarının digər böyük bazarlara nisbətən daha yaxşı performans göstərəcəyini bildirir. Banka görə, qızıl qiymətləri 2026-cı ildə 4500 ABŞ dollarına çatacaq.
Marja xəbər verir ki, Bankın hesabatında vurğulanır ki, “Riskli aktivlər üçün güclü 2026-cı il gəlir. Mikro dinamika, sürətlənən süni intellekt investisiyaları və dəstəkləyici pul siyasəti birləşdikdə olan zaman vəziyyət müsbət olur.”
ABŞ bazarları: S&P 500 hədəfi 7800
Morgan Stanley S&P 500 indeksinin 2026-cı ilin sonunda 7800 bənd səviyyəsinə çatacağını proqnozlaşdırır ki, bu mövcud səviyyələrə nisbətən təxminən 16% artım potensialı deməkdir.
Banka əlavə edir:
Dollar indeksi 2026-cı ilin ilk yarısında 94-ə düşəcək, ilin sonunda isə 99-a qayıdacaq.
Avropa: ABŞ təsiri ilə bərpa
Hesabatda qeyd olunur ki, Avropa bazarları ABŞ-dakı bərpa ilə sürət qazanacaq. Morgan Stanley MSCI Europe indeksinin ilin sonu hədəfini 2250-dən 2430-a yüksəldib. Avropa bazarları bu il təxminən 12,5% dəyər qazanıb; bunda Almaniyanın maliyyə stimullaşdırma planları, güclü mənfəət gözləntiləri və azalan inflyasiyanın rolu böyük olub.
Əmtələr: Qızıl bahalaşacaq, neftin qiyməti sabit qalacaq.
Morgan Stanley-nin əmtəə proqnozları
Qızıl: 2026-cı ildə 4500 ABŞ dolları/unsiya,
Mis: 10,600 ABŞ dolları/ton,
Brent nefti: təklif-tələb balansına görə təxminən 60 ABŞ dolları civarında.
Bankın fikrincə, qlobal iqtisadiyyatda “mülayim böyümə və dezinflasiya” gözlənilir, lakin “qeyri-müəyyənlik yüksəkdir və mümkün nəticələr geniş diapazonda ola bilər.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
26 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
35 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama






























