Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
2020-2025-ci illərdə 26,7 min nəfər üçün kiçik bizneslər qurulub.Dövlət Məşğulluq Agentliyində 2025-ci ildə görülmüş işlərə və bu ilki hədəflərə dair mətbuat konfransı keçirilib.
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Bunu Dövlət Məşğulluq Agentliyində ilin yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib.
Agentlik rəhbəri qeyd edib ki, onlardan 189 min şəxs münasib işlərlə təmin olunub, 16,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
Proqramın əhatə etdiyi iqtisadi fəaliyyət sahələri sırasına 2025-ci ildə daha 5 yeni zərf (kotançılıq, qəssab, avtodəmirçi və zədələrin boyasız təmiri xidmətləri, avtorazval xidməti və özünəxidmət avtoyuma) əlavə edilib, digər zərflərin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib. Bundan başqa, ötən il ilk dəfə olaraq klaster əsaslı özünüməşğulluq modeli pilot şəkildə tətbiq edilib.
“Məşğulluğa Dəstək Layihəsi”nin icrası işlərinin uğurla davam etdirildiyini diqqətə çatdıran Hasil Abbasov bildirib ki, özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olan bu Layihə üzrə 2020-2025-ci illərdə 26,7 min nəfər üçün kiçik bizneslər qurulub.Növbəti mərhələdə isə Layihə üzrə daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək.
Qeyd edilib ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 18,4 min şəxs üçün peşə hazırlığı kursları təşkil edib, Bakı və bölgələrdə ümumilikdə 18 mindən çox vakansiyanın təqdim edildiyi 218 əmək yarmarkası keçirib, 343 min şəxsə düzügün peşə seçiminə dəstək məqsədli peşəyönümü xidmətlər göstərib. “PeşəFest” tədbirlərinin davam etdirildiyi ötən ildə Naxçıvan və Bakıda Gələcəyin Peşələri Sammiti də keçirilib.
Əməkhaqqının birgə maliyyələşməsi proqramının icrası, məşğulluq xidmətlərin rəqəmsallaşdırılması işlərinin davam etdirildiyi qeyd olunub. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərdən artıq 8 mindən çox şəxsin məşğulluğunun təmin olunduğu diqqətə çatdırılıb.
Mətbuat konfransında Agentliyin ötən ilki beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs olunub, qurumun keçən il Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçildiyi, 13 beynəlxalq mükafata layiq görüldüyü bildirilib.
Dövlət Məşğulluq Agentliyinin 2026-cı il üzrə hədəflərindən də bəhs olunub və media nümayəndələrinin sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 19 d. əvvəl
-
23 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
40 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm

























