Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsi təklif olunur
Azərbaycanda Sahibkarlıq Məcəlləsi qəbul edilməlidir.
Bbunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.
"Neftə əsaslanan iqtisadi modeldən qeyri-neft sektorunun üstün olduğu iqtisadi modelə keçiddə qarşıya qoyduğumuz hədəflərə nail olmağın mühüm şərtlərindən biri sahibkarlığın inkişaf etdirilməsidir. Bu da mükəmməl bir qanunvericilik sənədinin ortaya qoyulmasını zəruri edir. İndiyə qədər sahibkarlıqla bağlı qəbul olunmuş qanunlar iqtisadi inkişafın müxtəlif mərhələlərini əhatə edib. Həmin qanunvericilik sənədlərinin əsasında, amma daha mükəmməl bir variantda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsini təklif edirəm. Bu, ümumi işin xeyrinə olacaq", - deyə o qeyd edib.
Bundan başqa, deputat təklif edib ki, Azərbaycanda sosial minimumlara yenidən baxılsın: "Ölkədə minimum əməkhaqqı 400 manatdır və bu da orta aylıq nominal əməkhaqqının təxminən 37 %-i qədərdir. Qoşulduğumuz bir sıra beynəlxalq sənədlərdə, o cümlədən xartiyalarda minimum əməkhaqqının orta əməkhaqqının azı 60 %-i qədər olması göstərilib. Əgər bizdə bu gün orta maaş 1 100 manatdırsa, bunun 60 %-i 660 manat edir. Bax bu nöqteyi-nəzərdən bu gün qəbul edəcəyimiz yeni Əmək Məcəlləsinin 155-ci maddəsində minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasının öz əksini tapmasını vacib hesab edirəm. Bu, aztəminatlı insanların güzəranının yaxşılaşdırılmasına imkan verəcək. Nəzərə alsaq ki, xüsusilə regionlarda insanların xeyli hissəsi minimum əməkhaqqı ətrafında maaş alır – bu, həm də regionlarda orta aylıq nominal əməkhaqqına müsbət təsir edəcək. Eyni zamanda 1,8 milyon işçinin yarıya qədərinin aldığı median əməkhaqqının artırılması vahid tarif cədvəli üzrə olan maaşının artırılması istiqamətində çox samballı addım olacaq, bizim beynəlxalq reytinqimizə çox müsbət təsir göstərəcək".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
10 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
34 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
43 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























