İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Tərəfdaşlıq superkompüter infrastrukturu, süni intellektin mülki əhəmiyyətli sahələrdə tətbiqi, insan kapitalının inkişafı və birgə elmi tədqiqatlar istiqamətlərini əhatə edəcək.İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.
"The Times of Israel" xəbər verir ki, Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumata görə, sənəd İsrailin Milli Süni İntellekt Direktorluğunun rəhbəri, ehtiyatda olan general Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən Yerusəlimdə, İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə imzalanıb.
Baş nazirin ofisinin açıqlamasında qeyd olunub ki, tərəflər süni intellekt vasitəsilə mövcud əməkdaşlığı və müttəfiqliyi daha da dərinləşdirməyi planlaşdırır.
Bildirilib ki, tərəfdaşlıq superkompüter infrastrukturu, süni intellektin mülki əhəmiyyətli sahələrdə tətbiqi, insan kapitalının inkişafı və birgə elmi tədqiqatlar istiqamətlərini əhatə edəcək.
Biz bu sahədə aparıcı ölkələr sırasında olmalı olduğumuzu təmin etməliyik. Düşünürəm ki, birlikdə daha çox iş görə və bunu daha yaxşı şəkildə həyata keçirə bilərik”, - tədbirdə çıxışı zamanı Netanyahu deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
27 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
36 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























