İKTA operator və provayderlərin fəaliyyətinin uyğunluğunu nəzərdən keçirib
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən internet telekommunikasiya xidmətləri göstərən bir qrup operator və provayderlə görüş keçirilib.
Görüşdə telekommunikasiya sektorunda fəaliyyət göstərən subyektlərin qanunvericilikdən irəli gələn öhdəlikləri ətraflı izah edilib və son dövrlərdə aparılan monitorinqlərin nəticələri əsasında mövcud vəziyyət diqqətə çatdırılıb.
Bildirilib ki, bəzi provayderlər artıq yalnız telekommunikasiya operatorunun şəbəkəsindən istifadə edərək internet telekommunikasiya xidmətinin pərakəndə satışı ilə kifayətlənməyərək, xidmətlərini mülkiyyətlərində olan telekommunikasiya şəbəkəsi, vasitə və qurğuları, o cümlədən kanalları vasitəsilə təqdim edirlər.
İnternet provayderlərin bu fəaliyyəti telekommunikasiya operatorlarının fəaliyyətinə, “Telekommunikasiya haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə irəli sürülmüş məcburi tələblərə uyğun təşkil edilməlidir.
Nəzərə almaq lazımdır ki, telekommunikasiya operatorlarının fəaliyyətində irəli sürülmüş tələblərə riayət edilməməsi qanunvericiliyin pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır. Bu səbəbdən də telekommunikasiya operatorlarına aid müvafiq fəaliyyəti həyata keçirən internet provayderlər qanunvericiliyə uyğun tədbirlər görməlidir.
Görüşdə, həmçinin internet provayderlərin fəaliyyətinin digər mühüm aspekti olan abunəçilərə dair məlumatlar olan fərdi məlumat informasiya sistemlərinin yaradılması, saxlanılması və istifadəsi məsələləri də xüsusi diqqətə çatdırılıb.
Qeyd olunub ki, operator və provayderlər tərəfindən abunəçilərin şəxsiyyət və əlaqə məlumatları, müqavilə, hesablaşma və ödəniş məlumatları, xidmətlərdən istifadə statistikası, eləcə də digər fərdi məlumatlar toplanılır və müvafiq informasiya sistemlərində emal olunaraq saxlanılır.
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, fərdi məlumatların informasiya sistemləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatının aparılması Qaydası”na müvafiq olaraq dövlət qeydiyyatına alınmalıdır.
İKTA tərəfindən bildirilib ki, bu tələb məlumat təhlükəsizliyinin təmin edilməsi, fərdi məlumatların qanuni, təhlükəsiz və məqsədyönlü şəkildə emalı, texniki və təşkilati mühafizə tədbirlərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə qanunvericiliyin tələblərinə əməl olunmamasının inzibati məsuliyyət yaratdığı vurğulanıb, zəruri hallarda qanunazidd fəaliyyətin dayandırılması ilə bağlı aidiyyəti səlahiyyətli orqanlarla birlikdə tədbirlərin də tətbiqinin mümkünlüyü qeyd edilib.
İKTA rəsmiləri, həmçinin bildiriblər ki, uyğunluğun formalaşdırılmasında məqsəd bazarda hüquqi müəyyənliyi və bərabər rəqabət mühitini təmin etməkdir.
Agentlik sektorun bütün iştirakçılarını qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə, telekommunikasiya, lisenziya və icazə, fərdi məlumatların qorunması sahəsində normativ tələblərə uyğunluq prosedurlarını həyata keçirməyə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
26 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
35 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























