“İstək” şirkətinin vəzifəli şəxsləri 637 min manat mənimsəmədə ittiham olunur
İddia olunur ki, 637 min manat saxta köçürmələr vasitəsilə mənimsənilib.Şirkətin sabiq vəzifəli şəxsləri yarım milyondan çox mənimsəmədə ittiham olunur.
“İstək” MMC-nin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə istintaq tamamlanıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 12-nə təyin edilib.
Qeyd edək ki, “İstək” MMC-nin vəzifəli şəxsləri olduğu bildirilən Ceyhun Səfərov, Sultan Rəsulov, Fərid Ələkbərov saxta köçürmələr vasitəsilə şirkətin 637 min manat pulunu mənimsəməkdə ittiham olunurlar.
Onlara Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (leqallaşdırma – xeyli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampını, möhürünü, blankını hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.
İstintaq əvvəl Binəqədi Rayon Prokurorluğunda aparılsa da, sonradan Nərimanov Rayon Prokurorluğuna göndərilib.
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
19 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
28 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























