"Qlobal iqtisadiyyatdakı son proseslər nəzərə alınacaq, yenilənmiş makroiqtisadi proqnozlar təqdim ediləcək"
yenilənmiş makroiqtisadi proqnozlarQlobal geosiyasi gərginlik və enerji bazarlarında qiymət artımı fonunda Azərbaycanda idxal inflyasiyasının artması ehtimalı və bunun pul siyasətinə təsiri məsələsi diqqət mərkəzindədir.
Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, qlobal mühitdə baş verən proseslər və onların enerji bazarlarında qiymətlərə təsiri daim izlənilir.
Yaxın Şərq baş verən son hadisələr qlobal enerji bazarında təklifin daralmasına təsir göstərir və bu da enerji məhsullarının qiymətlərinin artımı ilə müşayiət olunur.
Bununla belə, AMB qeyd edir ki, hazırkı şəraitdə neft və qaz qiymətləri ilə bağlı dəqiq proqnoz vermək olduqca çətindir: “Qiymətlərin kəskin artması və ya əvvəlki səviyyələrinə qayıtması əsasən mövcud münaqişənin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq”.
Mərkəzi Bank eyni zamanda vurğulayıb ki, enerji qiymətlərinin uzunmüddətli dinamikası əsasən fundamental amillərlə müəyyən olunur. Bu amillərə qlobal iqtisadi artım tempi, OPEC+ çərçivəsində qəbul edilən qərarlar və daha az enerji tutumlu texnologiyaların tətbiqi daxildir.
Əlavə edilib ki, yenilənmiş makroiqtisadi proqnozlar planlaşdırıldığı kimi may ayında ictimaiyyətə təqdim ediləcək. Yeni proqnozlar hazırlanarkən qlobal iqtisadiyyatda baş verən son proseslər də nəzərə alınacaq.
Qeyd edək ki, bu il fevralın 28-də ABŞ və İsrailin İrana zərbələr endirməsindən sonra Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb. Bundan sonra İranın Hörmüz boğazı ətrafında hərbi mövcudluğunu artırması və bəzi dövrlərdə dəniz nəqliyyatının məhdudlaşdırılması qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb.
Dəniz yolu daşınan neftin 20%-nin keçdiyi Hörmüz boğazında risklərin artması qlobal enerji təchizatında fasilə ehtimalını gücləndirib. Geosiyasi gərginlik fonunda Brent markalı neftin bir bareli üzrə qiyməti qısa müddətdə 100 dollara, bəzi günlərdə isə 120 dollar səviyyəsinə qədər yüksəlib.
Analitiklər hesab edir ki, münaqişənin uzanması halında neftin qiyməti 140 dollara səviyyəsinə qədər arta bilər, ən pessimist ssenarilərdə isə 200 dollar səviyyəsinə qədər yüksəlməsi istisna edilmir.
Qeyd edilib ki, enerji qiymətlərinin uzun müddət yüksək qalması qlobal inflyasiya təzyiqlərini artırmaqla yanaşı, bəzi iqtisadiyyatlarda yüngül resessiya riskini də gücləndirə bilər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
19 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
28 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























