Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

5-ci "KOB evi" Gəncədə istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
5-ci "KOB evi" Gəncədə istifadəyə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün "Gəncə KOB evi" istifadəyə verilib. Sayca beşinci KOB evi Gəncə şəhərində fəaliyyətə başlayıb.

"Gəncə KOB evi"ndə dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 80-dən çox xidmət göstəriləcək.

"Gəncə KOB evi"ndə 15 dövlət qurumu - İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Gömrük Komitəsi, "Azəriqaz" İstehsalat Birliyi, "Azərişıq", Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlara 80-dən çox xidmət göstəriləcək.

Sahibkarlar biznesin qeydiyyatı, vergi, gömrük və ixrac məsələləri, lisenziya, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsi, nəqliyyatı vasitələri üçün fərqlənmə nişanlarının alınması və digər icazələr, investisiya təşviqi sənədi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi xidmətləri, ekoloji icazələr və təbii ehtiyatlardan istifadə, sosial müdafiə və məşğulluq məsələləri, kommunal xidmətlərə qoşulma və s. xidmətlər üçün "Gəncə KOB evi"nə müraciət edə bilərlər.

KOB evində həmçinin, sahibkarlara özəl təşkilatlar tərəfindən bank, sığorta, konsaltinq, lizinq, tərcümə və s. kimi "B2B" xidmətlər də göstəriləcək. Ümumilikdə "Gəncə KOB evi"ndə 33 xidmət pəncərəsində sahibkarlara "G2B" və "B2B" xidmətlər təqdim olunacaq. Gəncə şəhəri ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarları da "Gəncə KOB evi"nin xidmətlərindən istifadə edə bilərlər.

Sahibkarlara biznes ideyalarının reallaşmasını üçün məsləhət, təlim, biznes planın hazırlanması, şəbəkələşmə kimi xidmətlər göstərəcək Gəncə KOB İnkişaf Mərkəzi və KOB dostu ofisi də bu binada yerləşir. "Gəncə KOB evi"ndə həmçinin, sahibkarlarla görüşlərin və tədbirlərin təşkili üçün konfrans zalı, iş otaqları və digər zəruri infranstruktur yaradılıb. İki mərtəbədən ibarət binanın ümumi sahəsi 2156 kvadrat metrdir.

Qeyd edək ki, "Gəncə KOB evi" Kəpəz rayonu, Zərifə Əliyeva prospekti 166 ünvanında yerləşir. KOB evi həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək sahibkarlara xidmət göstərəcək.

Hazırda KOB evləri Gəncə şəhəri ilə yanaşı, Bakı, Xaçmaz (həmçinin Xudatda "Food City" Aqroparkında xidmət mərkəzi), Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Sahibkarlara xidmətlərin vahid məkanda göstərilməsi, dövlət xidmətlərinə sürətli və rahat çıxış, vaxta və əməliyyat xərclərinə qənaət KOB evlərinin başlıca üstünlükləridir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox G2B və 13 özəl təşkilat tərəfindən isə 160 B2B xidmət göstərilir.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,5 milyona yaxın xidmət göstərilib.

Gəncə KOB evi açılışı KOB evləri Azərbaycan 2026 sahibkarlıq xidmətləri vahid mərkəz G2B və B2B xidmətlər Gəncə biznes qeydiyyatı və vergi xidmətləri ixrac və gömrük prosedurları lisenziya və icazələr sistemi investisiya təşviqi sənədi qida təhlükəsizliyi xidmətləri ekoloji icazələr və resurs istifadəsi sosial müdafiə və məşğulluq xidmətləri bank və sığorta B2B xidmətlər konsaltinq və lizinq xidmətləri sahibkarlıq dəstəyi Gəncə şəhəri KOB İnkişaf Mərkəzi sahibkarlıq təlimləri və məsləhət xidmətləri regionlarda biznes inkişafı Azərbaycan dövlət xidmətləri rəqəmsal və vahid mərkəz biznes infrastruktur Gəncə KOB evləri xidmət statistikası sahibkarlıq ekosistemi Azərbaycan
19.03.2026 11:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18