Hacıqabul Sənaye Parkında yeni şirkət - 15 MİLYON MANATLIQ LAYİHƏ
15 milyon manata qurulacaq zavodda zənginləşdirilmiş kvars qumu və texniki tikinti qumu istehsal olunacaq.Hacıqabul Sənaye Parkının yeni rezidenti tərəfindən zənginləşdirilmiş kvars qumunun və texniki tikinti qumunun istehsalı layihəsi həyata keçiriləcək.
"Marja" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Belə ki, “AzerKvars” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.
İnvestisiya dəyəri 15 milyon manat olan layihə çərçivəsində inşa ediləcək zavodda Hacıqabul rayonunda yerləşən Hacıvəlli yatağından hasil olunan xammal əsasında zənginləşdirilmiş kvars qumunun və texniki tikinti qumunun istehsalı planlaşdırılır. Layihə çərçivəsində 50 yeni iş yaradılması nəzərdə tutulur.
Hacıqabul Sənaye Parkında hazırda 14 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 66,8 milyon manatdan çox investisiya yatırılıb, 570-ə yaxın daimi iş yeri yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
10 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
34 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
43 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























