Dizayn dünyasında inqilab: Claude Design
Anthropic dizayn dünyasını dəyişdirəcək, sürətlə vizual materiallar yarada bilən yeni məhsulu Claude Design-ı təqdim edib. Süni intellekt nəhəngi bu alət vasitəsilə dizayn təcrübəsi olmayan istifadəçilərin belə sadəcə istədiklərini təsvir etməklə peşəkar keyfiyyətdə vizuallar, prototiplər, slaydlar və bir səhifəlik xülasələr hazırlaya bilməsini mümkün edir.Süni intellekt nəhəngi Anthropic dizayn dünyasını dəyişdirəcək yeni məhsulu – Claude Design-ı təqdim edib. Claude Design vasitəsilə dizayn təcrübəsi olmayan istifadəçilər belə sadəcə istədiklərini təsvir etməklə peşəkar keyfiyyətdə vizuallar, prototiplər, slaydlar və bir səhifəlik xülasələr hazırlaya bilirlər.
Marja.az-ın məlumata görə, Şirkət bildirir ki, Claude Design dizayn təcrübəsi olmayanların və məhsul menecerlərinin ideyalarını daha asan paylaşmalarına kömək etməyi hədəfləyir.
Claude Design ilə istifadəçilər istəklərini izah edir və Claude ilkin versiyanı hazırlayır. Bundan sonra istifadəçilər birbaşa düzəlişlər və ya əlavə sorğular vasitəsilə vizualları təkmilləşdirə bilirlər. Platformanın ən diqqətçəkən xüsusiyyəti isə statik nəticə təqdim etmək əvəzinə istifadəçiyə Claude tərəfindən yaradılmış idarəetmə düymələri təqdim etməsidir. Bunun sayəsində rəng balansından tutmuş boşluqlara qədər bütün detalları real vaxt rejimində dəyişmək mümkün olur.
Şirkətlər üçün ən böyük çətinliklərdən biri süni intellekt tərəfindən yaradılan məzmunun brendin mövcud vizual dili ilə uyğun gəlməməsidir. Claude Design bu problemi həll etmək üçün xüsusi ağıllı funksiyaya malikdir. İlkin quraşdırma mərhələsində platforma şirkətin kod bazasını və ya mövcud dizayn fayllarını analiz edərək brendə uyğun dizayn sistemi yaradır.
Claude Design ilk baxışda populyar dizayn platforması Canva ilə rəqabət aparmağı hədəfləyirmiş kimi görünsə də, Anthropic bildirib ki, Canva süni intellekt imkanlarını yeni genişləndirməyə başlayıb və Claude Design daha çox onu tamamlayıcı rol oynamağı nəzərdə tutur. Komandalar təqdimat faylları və ya prototiplər hazırladıqdan sonra onları PDF, URL, PPTX formatlarında ixrac edə və ya birbaşa Canva platformasına göndərə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























