Məşhur uşaq qidası markasının məhsulunda siçan zəhəri aşkarlanıb: Məhsullar geri çağırılıb
Avstriyada polis HiPP markalı uşaq qidasında siçan zəhəri aşkar edildiyini açıqlayıb. SPAR mağazalarında satılan məhsullar geri çağırılıb. HiPP tərəfindən verilən açıqlamada mövcud tapıntıların məhsullara xaricdən qəsdən müdaxilə edilmiş ola biləcəyi qeyd olunub.Avstriyada uşaq qidası təhlükəsizliyi ilə bağlı ciddi böhran yaşanır.
Marja xarici mətbuata istinadən xəbər verir ki, polis, bir müştərinin şikayəti əsasında araşdırılan 190 qramlıq “kök və kartof” tərkibli uşaq qidası bankasında siçan zəhəri aşkar edildiyini bildirib.
Burgenland polisi tərəfindən verilən açıqlamada şübhəli məhsuldan götürülən nümunənin laboratoriya testlərində zəhərli maddə ehtiva etdiyi təsdiqlənib. Eyni məhsul partiyasına aid bəzi bankaların Çexiya və Slovakiyada da yoxlandığı və oxşar şəkildə toksik maddə izlərinə rast gəlindiyi qeyd olunub.
1500 mağazada geri çağırılma
Məhsulların satıldığı SPAR mağazalarının rəsmiləri ehtiyat tədbiri olaraq Avstriya üzrə təxminən 1500 mağazada həmin məhsulların rəflərdən yığışdırıldığını açıqlayıb. Geri çağırmanın digər ölkələrdəki mağazaları əhatə etmədiyi bildirilib.
“Xarici müdaxilə” şübhəsi
HiPP tərəfindən verilən açıqlamada mövcud tapıntıların məhsullara kənardan qəsdən müdaxilə edilmiş ola biləcəyinə işarə etdiyi vurğulanıb. Şirkət bu vəziyyətin xüsusilə "SPAR Avstriya" paylama kanalına təsir etdiyini bildirib.
İstehlakçılara xəbərdarlıq
Rəsmilər məhsulların istehlakının həyati risk daşıya biləcəyi barədə xəbərdarlıq edərək, bankanın altında qırmızı dairə etiketi olan, açılmış, təhlükəsizlik bandı (qoruyucu zolağı) zədələnmiş və ya anormal qoxuya malik məhsullardan istifadə edilməməsini tövsiyə edib.
Polis həmçinin bu məhsullarla təmasda olan şəxslərə əllərini diqqətlə yuma çağırışı edib. HiPP və SPAR isə məhsulu geri qaytaran müştərilərə ödənişi tam şəkildə qeri qaytarılacağını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
27 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
36 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























