Sorğu: Avropa Mərkəzi Bankı iyunda faiz artıracaq
Bloomberg-in sorğusuna görə, Avropa Mərkəzi Bankı (AMB) İranda müharibənin təsirlərinə iyun ayında bir dəfə faiz artırmaq ilə cavab verəcək, daha sonra isə iqtisadi artımı qorumaq üçün gələn il faizləri yumşaltmaq mərhələsinə keçəcək.
Marja xəbər verir ki, sorğuda iştirak edənlərin demək olar ki, hamısı AMB-nin 30 apreldə depozit faiz dərəcəsini 2 faiz səviyyəsində sabit saxlayacağını, lakin münaqişənin iqtisadi nəticələrinə dair daha aydın mənzərə formalaşdıqdan sonra növbəti iclasda faizi 0,25 faiz bəndi artıracağını düşünür.
İyun ayında faiz artımı gözləyənlərin yarısı 2027-ci ilin sonunadək ən azı bir faiz endirimi də proqnozlaşdırır. Median proqnoza görə, depozit faiz dərəcəsi 2027-ci ilin sentyabrında yenidən 2 faizə enəcək.
Mart ayında istehlak qiymətləri illik müqayisədə 2,6 faizə yüksələrək 2024-cü ilin ortalarından bəri ən yüksək səviyyəyə çatıb. AMB-nin baş iqtisadçısı Philip Lane və digər rəsmilər bildirirlər ki, artan neft və təbii qaz qiymətlərinin ev təsərrüfatları və şirkətlərin inflyasiya gözləntilərini əhəmiyyətli dərəcədə dəyişib-dəyişmədiyini müəyyən etmək üçün bu ay kifayət qədər məlumat yoxdur. Bununla yanaşı, onlar bu siqnalları yaxından izlədiklərini və lazım gələrsə tədbir görəcəklərini vurğulayırlar.
Bazarlar AMB-nin gələn həftə faizləri dəyişdirməyəcəyinə demək olar ki, əmindir, lakin bu il iki dəfə 0,25 faiz bəndi artım ehtimalını hələ də qiymətləndirir. Sorğuda iştirak edənlərin üçdə birindən bir qədər çoxu da bu fikirlə razıdır.
AMB sədri Christine Lagarde ötən ay açıqlamasında inflyasiyanın həddindən artıq yüksəlməsi riskinin tamamilə gözardı edilə bilməyəcəyini demişdi.
Sorğuda iştirak edən bütün iqtisadçılar növbəti addımın faiz artımı olacağı ehtimalının daha yüksək olduğunu deyib.
İqtisadçıların təxminən 73 faizi atəşkəsin davamlı sülhə gətirib çıxaracağını düşünür. Onların yarısı isə təsirlərin altı ay və ya daha uzun müddət hiss olunacağını qeyd edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















