İranın pul vahidi dollar qarşısında tarixi minimumda
ABŞ dolları/İran rialı məzənnəsi 1,8 milyon rial səviyyələrinə yüksələrək yeni tarixi ən yüksək səviyyələri görüb. Müharibə başlayandan bəri rialın dəyər itkisi 66%-i keçib.İrana qarşı hücumlardan sonra atəşkəs prosesi davam etsə də, İran rialı dollar qarşısında tarixin ən aşağı səviyyəsinə düşüb.
Marja.az ISNA-ya istinadən xəbər verir ki, ABŞ dolları/İran rialı məzənnəsi 1 milyon 810 min rial səviyyələrinə (1 dollar 181 100 tümənə) yüksələrək yeni tarixi maksimumuna çatıb.
Dollar/rial məzənnəsi ABŞ və İsrayılın İrana hücumlarından əvvəl 1 milyon 80 min rial səviyyəsində idi.
"Son iki gündə bir dolların qiyməti 23 000 tüməndən (230 000 rial) çox artıb ki, bu da misli görünməmiş bir göstəricidir. Avro kimi digər valyutalar da bu yüksəliş tendensiyasını yaşayıb. Bu gün dollar açıq bazarda dilerlər tərəfindən 181 100 tümən qiymətinə satılıb və bazar atmosferi də alış tələbinin əvvəlki günlərlə müqayisədə daha yüksək olduğunu göstərir. Tələbin bu artması valyutanın qiymətinin artmasının səbəblərindən biridir. Avro da açıq bazarda 208 000 tüməndən çox qiymətə ticarət edilib. BƏƏ dirhəmi də hazırda açıq bazarda 50 000 tümənə qədər ticarət olunur",- İRNA-a yazır.
Müharibədə dəyər itkisi 66%-i keçib
Müharibənin başlanmasından bu yana İran rialı 66%-dən çox ucuzlaşıb. İran artan nağd pul ehtiyacını qarşılamaq məqsədilə 10 milyon riallıq ən böyük əskinası dövriyyəyə buraxıb.
İnflyasiya 50%-ə yüksəlib
Ölkədə inflyasiya kəskin artıb. Mart ayının sonuna olan göstəriciyə əsasən inflyasiya 50% səviyyəsindədir. Bir il əvvəl bu rəqəm 37,1% idi.
BVF-nin proqnozu: 6,1% iqtisadi azalma
Beynəlxalq Valyuta Fondu (International Monetary Fund (IMF)) İran iqtisadiyyatının 2026-cı ildə 6,1% azalacağını və inflyasiyanın 68,9% səviyyəsində olacağını proqnozlaşdırır.
Lakin ölkədə məlumatların açıqlanmasının məhdud olması və internet kəsintiləri iqtisadi vəziyyətin dəqiq izlənməsini çətinləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























