“Azeronline”-a yeni Baş müdir təyin edilir
Azərbaycanın aparıcı internet provayderlərindən biri olan “Azeronline LTD” BM-ə yeni Baş müdir təyin olunur. Marja xəbər verir ki, bu vəzifə Fərid Akif oğlu Salamova həvalə edilir.
Fərid Salamov telekommunikasiya sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, bu təyinatadək “Aztelekom” MMC-də Kommersiya departamentinin direktoru vəzifəsində çalışaraq, şirkətin kommersiya strategiyasının hazırlanması və icrasına, məhsul portfelinin inkişafına, eləcə də satış və müştəri təcrübəsinin təkmilləşdirilməsinə rəhbərlik edib.
Yeni vəzifəsində Fərid Salamov “Azeronline”ın inkişafının növbəti mərhələsinə rəhbərlik edəcək. Bu çərçivədə əsas diqqət şəbəkə imkanlarını və yüksək keyfiyyətli genişzolaqlı internet xidmətlərinin genişləndirilməsinə, müştəri təcrübəsinin daha da yaxşılaşdırılmasına və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verilməsinə yönələcək.
“Azeronline” Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafında mühüm rol oynayır. Şirkət fiber-optik genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsini dəstəkləməklə yanaşı, ölkə üzrə rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılmasına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























