İqtisadiyyat kiçilib, amma ümid qalır: Mərkəzi Bankdan yeni proqnoz
"İqtisadi artımla bağlı fikirlərimi də bölüşmək istərdim. Bildiyiniz kimi, 2026-cı ilin mart ayının nəticələrinə əsasən, ümumi daxili məhsulun (ÜDM) artımı mənfi 0,3% təşkil etmişdi (Azərbaycanda iqtisadiyyat 0,3% kiçilib - red). Neft-qaz sektoru üzrə ümumi daxili məhsulun artımı mənfi 1,2%, qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun artımı isə müsbət 0,2% olmuşdu".
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirirb.
Mərkəzi Bankın sədri, "Proqnozlarımız aşağıya doğru revizə olunsa da, ümumi baxışımız nikbin olaraq qalır" deyərək çıxışına belə davam edib.
"2026-cı ildə ümumi daxili məhsulun 1,1%, 2027-ci ildə isə 3,2% artacağı gözlənilir. Qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun artımının isə 2026-cı ildə 3,2%, 2027-ci ildə isə 4,7% olacağı proqnozlaşdırılır".
Xatırladaq ki. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 0,2 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 29 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
56 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir






















