Həyat sığortası yığımlarda liderdir
Azərbaycanın sığorta bazarında ən böyük pay həyat sığortasının olub. Bu istiqamət üzrə 2026-cı ilin ilk 4 ayı ərzində 348 milyon 739 min manat sığorta haqqı toplanılıb. Bu, ümumi bazarın 57,2%-i deməkdir.
Bu barədə Marja.az Azərbaycan Respublikasının Mərkəzi Bankının operativ məlumatlarına əsasən göstəricilərinə istinadən xəbər verir.
Həyat sığortası üzrə ödənişlər 206 milyon 61 min manat təşkil edib. Bu məbləğ ümumi sığorta ödənişlərinin 67,7%-nə bərabərdir.
Həyat sığortasında ödənişlərin yığımlara nisbəti 59,1% olub. Sığorta haqları ödənişləri 142 milyon 678 min manat və ya 40,9% üstələyib.
Həyat sığortasının əsas hissəsini həyatın yaşam sığortası formalaşdırıb. Bu sinif üzrə 330 milyon 752 min manat sığorta haqqı toplanılıb, 204 milyon 175 min manat ödəniş edilib. Bu sinifdə ödəniş/yığım nisbəti 61,7% olub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətləri tərəfindən 610 milyon 216 min manat sığorta haqqı toplanılıb. Eyni dövrdə həyata keçirilmiş sığorta ödənişləri isə 304 milyon 353 min manat təşkil edib. Hesabat dövründə sığorta ödənişlərinin yığımlara nisbəti 49,9% olub. Başqa sözlə, sığortaçılar topladıqları hər 100 manat sığorta haqqının təxminən 50 manatını ödəniş kimi geri qaytarıblar. Ümumi bazarda sığorta haqları sığorta ödənişlərini 305 milyon 863 min manat üstələyib. Ödənişlər yığımlardan 50,1% az olub. Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 588 milyon 466 min manat sığorta haqqı toplanımış, 231 milyon 333 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Ötən ilin eyni dövrünə nisbətən 2026-cı ilin yanvar-aprel aylarında hesablanmış sığorta haqları 3,7 % və ya 21 milyon 750 min manat, sığorta ödənişləri 31,6 % və ya 73 milyon 20 min manat artıb.
Sığorta növləri üzrə sığorta haqları və sığorta ödənişləri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























