"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
"MegaSec" şirkətinin direktoru Qabil Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Rəqəmsal Texnologiyalar Naziri Şerzod Şermatov ilə strateji görüş keçirib.
Görüş zamanı kibertəhlükəsizlik, süni intellekt texnologiyaları və informasiya infrastrukturunun mühafizəsi sahələrində əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.
Son illər Azərbaycan rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahəsində aparıcı ölkələrdən birinə çevrilib. Dövlət səviyyəsində formalaşdırılmış güclü infrastruktur, beynəlxalq tərəfdaşlıqlar və yerli texnoloji şirkətlərin inkişafı bu uğurun təməlini təşkil edir. MegaSec məhz bu ekosistemin yetirdiyi, Azərbaycanın rəqəmsal təhlükəsizlik sahəsində topladığı bilik və təcrübəni öz fəaliyyətində əks etdirən qabaqcıl texnologiya şirkəti kimi görüşdə ölkəmizin texnoloji potensialını layiqincə təmsil edib.
Tərəflər rəqəmsal transformasiyanın sürətlə davam etdiyi müasir dövrdə informasiya təhlükəsizliyinin strateji prioritetə çevrildiyini vurğulayıblar. Kadr hazırlığı, ixtisasartırma proqramları, süni intellekt və bulud infrastrukturunun inkişafı və kibertəhlükəsizlik mərkəzinin yaradılması kimi strateji layihələr müzakirə edilib. Müzakirələr zamanı Azərbaycanın kibertəhlükəsizlik sahəsində əldə etdiyi praktiki təcrübənin və uğurlu həllərinin Özbəkistanda tətbiqi perspektivləri də diqqət mərkəzində olub. Bu baxımdan görüş, Azərbaycanın rəqəmsal inkişaf modelinin və qabaqcıl təcrübəsinin dost və tərəfdaş ölkələrlə paylaşılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər.
"MegaSec" MMC süni intellekt məhsullarının inkişafı, kibertəhlükəsizlik xidmətləri və dron sistemləri sahəsində fəaliyyət göstərən Azərbaycan texnologiya şirkətidir. Şirkətin həll paketinə kiberhücum simulyasiyaları, 24/7 fəaliyyət göstərən kiber kəşfiyyat mərkəzi, audit xidmətləri, intellektual aşkarlama sistemləri, nitq emalı texnologiyaları, böyük dil modelləri, UAV və robotexnika, habelə AgriTech həlləri daxildir. Şirkət real vaxt rejimli üz tanıma sistemi üzrə patentin də sahibidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
21 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
30 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























