AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
AccessBank yaşıl maliyyələşmə və dayanıqlı investisiyaların inkişafı istiqamətində növbəti mühüm addım ataraq, AZZA tərəfindən həyata keçirilən layihə üzrə ilk müstəqil enerji auditini uğurla başa çatdırıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, audit, responsAbility Investments tərəfindən idarə olunan Global Climate Partnership Fund-un (GCPF) dəstəyi ilə həyata keçirilib.
Enerji auditi 2025-ci ildə müstəqil texniki məsləhətçi Energy Efficiency Centre Georgia tərəfindən aparılıb və 2026-cı ildə yekunlaşdırılıb. Audit çərçivəsində yeni istehsal müəssisəsinin yaradılması və müasir Birgə İstilik və Elektrik İstehsalı (Combined Heat and Power, CHP) sisteminin tətbiqi qiymətləndirilib.
Hesabatın nəticələrinə əsasən, layihə yüksək enerji səmərəliliyi nümayiş etdirib və 30%-dək enerji qənaəti potensialına malikdir. Eyni zamanda, layihənin Azərbaycan Mərkəzi Bankının “Yaşıl Taksonomiyasına” uyğun olduğu və yaşıl aktiv kimi qiymətləndirilə biləcəyi müəyyən edilib.
"Bu audit AccessBank tərəfindən müştəri layihəsi üzrə sifariş edilən ilk xarici enerji auditi olub. Layihə Bankın dayanıqlı maliyyələşmə sahəsində şəffaflıq, etibarlılıq və keyfiyyət prinsiplərinə sadiqliyini göstərir. Audit nəticələri həmçinin Bankın yaşıl aktivlərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və monitorinqi üzrə imkanlarını gücləndirir.
AccessBank GCPF-in dayanıqlı maliyyə alətlərindən aktiv istifadə edir və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində enerji səmərəliliyini, iqlim dayanıqlığını və ekoloji məsuliyyətli investisiyaları dəstəkləməyə davam edir",- press-relizdə bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























