“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Azərişıq” ASC-yə bildirişdə elektrik enerjisinə görə istehlakçının mövcud qalıq borcunun göstərilməsi, istehlakçılara təqdim edilən yazılı xəbərdarlıqlarda sahəvi qanunvericiliyin tələblərinə uyğun dəyişikliklərin həyata keçirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunvericilikdə müəyyən edilmiş təbii inhisar fəaliyyət sahələri üzrə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir. Bununla əlaqədar olaraq, Agentlik təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi, eləcə də müştərilərin mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərə yol verilməsinin qarşısının alınması istiqamətində bir sıra tədbirləri həyata keçirir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaydığı məlumata görə, bu çərçivədə vətəndaş müraciətləri, o cümlədən Agentliyin sorğusuna əsasən Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələləri Tənzimləmə Agentliyindən (EMTA) daxil olmuş məlumatlar əsasında elektrik enerjisi təchizatının qanunvericiliyə uyğun təşkili istiqamətində “Azərişıq” ASC barəsində araşdırma aparılıb. Araşdırmalar zamanı elektrik enerjisi təchizatının Rəqabət Məcəlləsinin və sahəvi qanunvericiliyin tələblərinə tam uyğunluğunun təmin edilməsi, habelə istehlakçıların hüquq və mənafelərinin qorunması məqsədilə müvafiq təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas götürülərək iş qaldırılıb. Rəqabət komissiyası tərəfindən baxılan işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə işə baxılması prosesinə EMTA-nın səlahiyyətli nümayəndələri cəlb edilib.
İşə baxılma prosesində “Azərişıq” ASC tərəfindən elektrik enerjisi istehlakına görə istehlakçılarla hesablaşmaların aparılması və bildirişlərin təqdim olunmasının sahə üzrə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, eləcə də elektrik enerjisi təchizatının dayandırılmasında qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilməsinin vacibliyi müəyyən edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Rəqabət Məcəlləsinin müvafiq maddələrinin tələbləri çərçivəsində “Azərişıq” ASC-yə elektrik enerjisi təchizatının sahəvi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi, istehlakçılara təqdim edilən hesabda (bildirişdə) elektrik enerjisinə görə istehlakçının mövcud qalıq borcunun göstərilməsi, istehlakçılara təqdim edilən yazılı xəbərdarlıqlarda sahəvi qanunvericiliyin tələblərinə uyğun dəyişikliklərin həyata keçirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib. Bundan əlavə, rəqabət qanunvericiliyinin tələblərinin pozulmasında birbaşa iştirak etmiş “Azərişıq” ASC-nin Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal Regional (Rayon) Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) rəisləri, habelə sözügedən RETSİ-lərin enerji satışı üzrə müavinlərinə maliyyə sanksiyası tətbiq edilib.
Agentlik olaraq qeyd edək ki, hazırda “Azərişıq” ASC tərəfindən elektrik enerjisi təchizatında sahəvi qanunvericiliyin tələblərinə riayət olunması və abonentlərlə işin daha effektiv təşkili istiqamətində zəruri addımlar atılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
19 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
44 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
























