PAŞA Capital-da yeni təyinat
"PAŞA Capital İnvestisiya Şirkəti"ndə yeni təyinat olub.
Gülşən Cumayeva şirkətdə İnsan resursları, Müştəri əlaqələri və Kommunikasiyalar üzrə Baş direktor vəzifəsinə təyin edilib.
O, bu barədə LinkedIn hesabında paylaşım edib. Gülşən Cumayeva yeni təyinatı ilə bağlı bildirib ki, PAŞA Capital-da şirkətin inkişaf və transformasiya mərhələsinə töhfə verməkdən məmnundur.
“Rəhbərlik komandasına göstərdikləri etimad və inama görə minnətdaram. Şirkətin inkişaf və transformasiya yolunda növbəti mərhələsinə töhfə verməyi səbirsizliklə gözləyirəm”, - deyə Gülşən Cumayeva qeyd edib.
LinkedIn profilində yer alan məlumata görə, Gülşən Cumayeva 2024-cü ilin may ayından PAŞA Capital-da Marketinq və Kommunikasiyalar üzrə rəhbər vəzifəsində çalışıb. 2026-cı ilin iyun ayından isə şirkətdə İnsan resursları, Müştəri əlaqələri və Kommunikasiyalar üzrə Baş direktor vəzifəsini icra edir.
Bundan əvvəl o, Code Academy-də Marketinq və Kommunikasiyalar departamentinin rəhbəri, Bank of Baku ASC-də İctimaiyyətlə əlaqələr və reklam departamentinin direktoru vəzifələrində çalışıb. Gülşən Cumayeva həmçinin Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib, Amerika Marketinq Assosiasiyasının peşəkar və akademik üzvü olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























