Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
"Fast Solutions" MMC-nin təqdim etdiyi "Star4" xidməti 17-20 iyun 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə iştirak edəcək.
Sərgi günlərində Fast Solutions - Star4 stendinə müraciət edən şirkətlər üçün ulduzla başlayan qısa biznes nömrələrinin aktivləşdirilməsi pulsuz həyata keçiriləcək.
Star4 Azərbaycanda bizneslərin müştərilərlə daha asan, yadda qalan və peşəkar kommunikasiya qurmasına imkan verən qısa nömrə həlləri təqdim edir.
7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi" çərçivəsində Star4 biznes müştəriləri üçün xüsusi paket strukturunu təqdim edəcək. Şirkətlər sərgi müddətində Standart, Plus, Premium və Select paketləri ilə tanış ola, öz fəaliyyət sahəsinə və kommunikasiya ehtiyacına uyğun nömrə həllini seçə biləcəklər. Paketlər nömrə sayı və abunə müddətinə görə fərqlənir ki, bu da həm kiçik və orta bizneslər, həm də daha geniş müştəri bazasına malik korporativ şirkətlər üçün seçim imkanı yaradır.
"Fast Solutions" MMC-nin nümayəndəsi bildirib ki, "Yerli Şirkətlərin Tanıtım Sərgisi" şirkətlər üçün biznes ictimaiyyəti ilə birbaşa təmas qurmaq baxımından önəmli platformadır:
“"Yerli Şirkətlərin Tanıtım Sərgisi" bizim üçün sahibkarlarla, şirkət rəhbərləri ilə və qərarverici şəxslərlə birbaşa görüşmək, onların kommunikasiya ehtiyaclarını daha yaxından anlamaq üçün dəyərli imkandır. Star4 olaraq məqsədimiz bizneslərə daha yadda qalan, daha peşəkar və daha əlçatan əlaqə kanalı təqdim etməkdir. Bu səbəbdən sərgi günlərində müraciət edən şirkətlər üçün aktivləşdirmə ödənişini tətbiq etmirik.”
Star4 xidmətindən müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər, o cümlədən maliyyə, sığorta, telekommunikasiya, restoran və qida, logistika, tibb, təhsil və xidmət sektorları uğurla istifadə edir. Qısa və yadda qalan nömrələr televiziya reklamlarında, sosial media kampaniyalarında, açıq hava reklamlarında və müştəri yönləndirmə proseslərində brendin daha tez yadda qalmasına dəstək verir.
Kampaniya yalnız 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"nin keçirildiyi 17-20 iyun tarixlərində qüvvədə olacaq.
Sərgi məlumatları:
Məkan: Bakı Ekspo Mərkəzi
Stend: 170
Tarix: 17-20 iyun 2026
Vebsayt: www.star4.az
Əlaqə nömrəsi: *6776
E-poçt: [email protected]
Biznesiniz üçün uyğun qısa nömrə həllini seçmək və sərgiyə özəl aktivləşdirmə fürsətindən yararlanmaq üçün 17-20 iyun tarixlərində Fast Solutions - Star4 stendini ziyarət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
13 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 56 d. əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm




























