İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
“Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılırAzərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydalarına edilən dəyişikliklərə əsasən, 16 iyun 2026-cı il tarixindən etibarən mövcud “Bonus-Malus” sistemi ləğv edilərək fərdi məsuliyyət prinsipinə əsaslanan “Sığorta Tarixçəsi Əmsalı” tətbiq olunacaq.
Bu barədə Marja.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir.
Yeni sistemə əsasən, yol-nəqliyyat hadisələri ilə bağlı sığorta tarixçəsinə təsir edən nəticələr artıq sığorta müqaviləsini bağlayan şəxslə deyil, birbaşa nəqliyyat vasitəsini faktiki idarə edən sürücü ilə əlaqələndiriləcək. Beləliklə, sığorta müqaviləsinin kimin adına bağlanmasından asılı olmayaraq, yol-nəqliyyat hadisəsi avtomobili faktiki idarə edən şəxsin sığorta tarixçəsinə təsir edəcək.
Yeni modeldə “Bonus-Malus” sistemində mövcud olan mürəkkəb sinif və kateqoriyalar ləğv edilərək daha sadə faiz mexanizmi tətbiq olunacaq. Belə ki, sığortalı qəza törətmədiyi halda hər 275 qəzasız sığortalı gün üçün 5 faiz endirim əldə edəcək. Əksinə, yol-nəqliyyat hadisəsinə səbəb olduqda onun sığorta tarixçəsi əmsalına hər hadisə üzrə 30 faiz əlavə tətbiq ediləcək.
Dəyişikliklərə əsasən, əvvəllər nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı birdən artıq olduqda tətbiq olunan 1,15 risk əmsalı bundan sonra yalnız nəqliyyat vasitəsini sahibi ilə birlikdə idarə edən şəxslərin sayı 5 və daha çox olduqda tətbiq ediləcək. Bir avtomobil bir neçə şəxs tərəfindən istifadə olunduqda sığorta haqqı hesablanarkən həmin sürücülərin hər birinin sığorta tarixçəsi nəzərə alınacaq.
Hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı sabit olaraq 1 səviyyəsində saxlanılacaq. Lakin nəqliyyat vasitəsi taksi fəaliyyəti üçün istifadə edildiyi hallarda hüquqi şəxsin də sığorta tarixçəsi formalaşacaq və qəza olub-olmamasından asılı olaraq həmin əmsala müvafiq güzəştlər və ya əlavələr tətbiq olunacaq.
Yeni modelin əsas üstünlüyü sığorta tarixçəsinin birbaşa şəxs ilə əlaqələndirilməsidir. Bu yanaşma sistemin daha şəffaf və ədalətli fəaliyyət göstərməsinə, risklərin daha dəqiq qiymətləndirilməsinə və təhlükəsiz sürücü davranışının təşviqinə xidmət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
-
5 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
26 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
51 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























