Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
Faiz artımı barədə qərar qəbul edən Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini 1 faiz səviyyəsinə yüksəldib. Qlobal enerji qiymətlərində artımdan sonra atılan bu addım 1995-ci ildən bəri qeydə alınan ən yüksək səviyyədir.Yaponiya Mərkəzi Bankı qlobal enerji qiymətlərində müşahidə olunan bahalaşmadan sonra uçot dərəcəsini 1995-ci ildən bəri ən yüksək səviyyəyə çatdırıb. Bank çərşənbə axşamı keçirilən iclasında uçot dərəcəsini 0,75 faizdən 1 faizə qaldırıb.
Marja xəbər verir ki, Bank faiz artımı qərarını qlobal inflyasiya təzyiqlərinin gücləndiyi bir dövrdə qəbul edib. İran müharibəsi səbəbindən yaşayış xərclərinin artması digər mərkəzi bankları da bu il ərzində faiz artırımlarına yönəldib.
Yaponiya isə aktiv qiymətlərindəki çöküşlə mübarizə aparmaq məqsədilə 1990-cı illərdə faiz dərəcələrini aqressiv şəkildə endirmişdi. Sonra ölkədə qiymətlərin azalması və iqtisadi artımın dayanması səbəbindən faizlər iyirmi il ərzində sıfıra yaxın səviyyədə qalıb.
Bank 2024-cü ilin martından etibarən faiz dərəcələrini mərhələli şəkildə artırır. 2024-cü ilin martındakı addım ölkədə 17 ildən sonra həyata keçirilən ilk faiz artımı kimi qeydə alınmışdı. Qlobal iqtisadçılar bildirirlər ki, iyirmi illik deflyasiya dövründən sonra Yaponiya artıq inflyasiya xarakterli yüksəliş dövrünə daxil olub. Ekspertlərin fikrincə, fövqəladə vəziyyət və böhran idarəçiliyi xarakterli pul siyasətinə artıq ehtiyac qalmayıb, bank normal pul siyasətinə qayıtmaq istəyir.
Artan enerji qiymətləri ölkədə inflyasiyanı sürətləndirir, Yaxın Şərq nefti və qazından böyük ölçüdə asılı olan Yaponiya kimi ölkələr üzərində təzyiqi artırır. Yaponiyada topdansatış qiymətləri may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizdən çox artaraq son üç ilin ən sürətli yüksəlişini qeydə alıb.
Buna baxmayaraq, aprel ayında 1,4 faiz səviyyəsində olan ümumi inflyasiya göstəricisi bankın 2 faizlik hədəfindən aşağı qalmaqda davam edir. Bank faiz artımı məsələsində mürəkkəb balanslaşdırma prosesi aparır. Yüksək faiz dərəcələri inflyasiyanın azalmasına kömək etsə də, borclanma xərclərini artıraraq hökumət və bizneslər üçün xərcləri yüksəldir.
Bank faiz qərarı ilə ABŞ dolları və avro kimi əsas valyutalar qarşısında təzyiq altında qalan yenin məzənnəsini sabitləşdirməyi hədəfləyir. Maliyyə ekspertləri yenin həddindən artıq ucuzlaşdığına və milli valyutanın gücləndirilməsinin iqtisadiyyata zərər verməyəcəyi barədə yanaşmanın formalaşdığını vurğulayırlar.
Faiz artımına baxmayaraq, Yaponiyada faiz dərəcəsi digər böyük iqtisadiyyatlarla müqayisədə aşağı qalmaqda davam edir. Məsələn, ABŞ və Böyük Britaniyada faiz dərəcələri 3 faizdən yuxarıdır. Hər iki ölkənin mərkəzi banklarının bu həftə keçirəcəyi iclaslarda faiz dərəcələrini dəyişməz saxlayacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























