Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Bakı Metropolitenində rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atılıb: Rabalon tərəfindən 3 mühüm İT həlli uğurla tətbiq olunub.Bakı Metropoliteninin İT infrastrukturunun daha effektiv, təhlükəsiz və idarəolunan mühitə çevrilməsi istiqamətində həyata keçirilən layihə uğurla başa çatıb.
Layihə çərçivəsində Azərbaycanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərindən biri olan Rabalon tərəfindən təqdim edilən 3 fərqli korporativ həll Bakı Metropoliteninin fəaliyyətində tətbiq olunub. Tətbiq edilən həllər İTxidmətlərinin idarə olunması, son istifadəçi cihazlarının mərkəzləşdirilmiş şəkildə nəzarətdə saxlanılması və şəbəkə infrastrukturunun monitorinqi istiqamətlərini əhatə edir.
Layihə çərçivəsində ManageEngine ServiceDesk Plus, ManageEngine Endpoint Central və ManageEngine OpManager həlləri uğurla tətbiq edilərək istismara verilib.
Bu həllər vasitəsilə Bakı Metropoliteni İT xidmətlərinin idarə olunmasını daha sistemli şəkildə təşkil etmək, istifadəçi cihazları üzərində nəzarəti gücləndirmək, şəbəkə infrastrukturunun vəziyyətini real vaxt rejimində izləmək və kiber-insidentlərin vaxtında qarşısını almaq imkanları əldə edib.
Rabalon nümayəndələrinin sözlərinə görə, layihənin uğurla tamamlanması tərəflər arasında qurulan peşəkar əməkdaşlığın və effektiv koordinasiyanın nəticəsidir.
"Rəqəmsallaşmanın sürətləndiyi dövrdə kritik infrastruktur qurumlarının müasir İT idarəetmə alətlərindən istifadə etməsi xüsusi əhəmiyyət daşıyır. Bakı Metropoliteni ilə birgə həyata keçirdiyimiz bu layihənin uğurla tamamlanması bizim üçün mühüm nailiyyətlərdən biridir."
Qeyd edək ki, müasir İT idarəetmə, kibertəhlükəsizlik və monitorinq həllərinin tətbiqi qurumlara əməliyyat xərclərini optimallaşdırmağa, insidentlərə daha sürətli reaksiya verməyə və xidmət keyfiyyətini yüksəltməyə imkan verir.
Bakı Metropolitenində həyata keçirilən bu layihə ölkədə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi istiqamətində atılan növbəti uğurlu addımlardan biri kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
- 3 d. əvvəl
-
7 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
28 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
53 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Expressbank eyni gündə 2 filial açıb
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı























