Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
2026-cı il iyun ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 709 min 921 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.
Marja.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı 5,9 faiz artıb.
İyun ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 209 min 205 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,5 faiz çoxdur.
2026-cı ilin may ayında 910 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 88,2 faizi yerli investisiyalı, 11,8 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 84,3 faizi elektron qaydada qeydiyyata alınıb.
2026-cı ilin yanvar – may aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.
İyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
Hüquqi şəxslər kommersiya və qeyri-kommersiya olmaqla iki qrupa ayrılır. Kommersiya qurumu - mənfəət əldə etməyi əsas məqsəd olaraq götürən və qazancı təsisçilər/iştirakçılar arasında bölüşdürən hüquqi şəxslərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
10 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
34 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
43 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























