Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib
Beynəlxalq GSM Assosiasiyası (GSMA) 2025-ci il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəddə 174 ölkə üzrə mobil xidmətlərə qoşulma göstəriciləri əhatə olunub.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) yaydığı məlumata görə, müvafiq hesabat 2015-ci ildən etibarən mobil xidmətlər sferasında baş verən əsas trendlərin müşahidəsini aparmaq və inkişaf meyillərini təhlil etmək məqsədilə hazırlanır. Ümumilikdə yekun indeks mobil xidmətlərin infrastruktur, qiymət əlçatanlığı, istehlakçı hazırlığı, məzmun və xidmətlər olmaqla 4 istiqamət üzrə 32 indikator əsasında müəyyənləşir.
Hesabatın nəticələrinə əsasən, Azərbaycan ötən illə müqayisədə indeks üzrə göstəricisini təqribən 1,6 bal artıraraq 75,4 indeks xalı toplayıb.
İndeks üzrə artım ölkənin mövqeyinə də müsbət təsir edib. Belə ki, Azərbaycan 2024-cü ilin dəqiqləşdirilmiş hesabatı ilə müqayisədə 2 pillə irəliləyərək 64-cü pillədə qərarlaşıb və qabaqcıl (Advanced) ölkələr sırasındadır.
Məlumat üçün bildirək ki, Azərbaycan 2022-ci ildən etibarən “Mobile Connectivity Index” üzrə ardıcıl müsbət dinamika nümayiş etdirir. Son illərdə mobil rabitə infrastrukturunun inkişafı, yüksəksürətli mobil internet xidmətlərinin genişləndirilməsi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və sektorun inkişafına yönələn islahatlar ölkənin indeks üzrə göstəricilərinin yaxşılaşmasına mühüm töhfə verib. Bu istiqamətdə İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) həyata keçirdiyi tədbirlər və təşəbbüslər Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsində əhəmiyyətli rol oynayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
26 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
35 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

























