Azərbaycanda vençur kapitalı fondlarına dair ümumi müddəalar müəyyənləşir
Azərbaycanda vençur kapitalı fondunun nizamnaməsində və ya onun təsis sənədlərində fondun fəaliyyətinin müstəsna predmetinin cəlb edilən vəsaitlərinin 70 %-dən az olmayan hissəsinin "İnvestisiya fondları haqqında" qanunda göstərilən məqsədlərə yatırılmasından ibarət olduğunun göstərilməsi məcburi olacaq. Qalan vəsait likvidliyin idarə edilməsi məqsədilə digər maliyyə alətlərinə yatırıla bilər.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış sözügedən qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Vençur kapitalı fondları azad hesabatlı vençur kapitalı fondu və ya lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərirlər. Vençur kapitalı fondu məhdud məsuliyyətli cəmiyyət, qapalı səhmdar cəmiyyəti, kommandit ortaqlığı və ya qapalı paylı investisiya fondu formasında yaradıla bilər. Vençur kapitalı fondu sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz.
Vençur kapitalı fondu investorlardan cəlb olunmuş pul vəsaitlərinin yalnız rəqəmsal texnologiyaların və innovasiya məhsulunun (iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə yeni yaradılmış və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində (təşkilati-texniki, maliyyə-iqtisadi və digər sahələrdə) tətbiq edilən inzibati, kommersiya, texnoloji və digər xarakterli yeniliklər) hazırlanması, istehsalı və təkmilləşdirilməsini həyata keçirən, mikro, kiçik və orta sahibkarlıq subyekti olan, habelə Azərbaycan Respublikasında "Startap" şəhadətnaməsini və ya texnologiyalar parkının və texnoloji biznes inkubatorunun və ya sənaye və azad iqtisadi zonaların qeydiyyat şəhadətnaməsini alan sahibkarların innovativ layihələrinə bu Qanunla müəyyən edilmiş qaydada yatırılması ilə məşğul olur.
Vençur kapitalı fondunun borc götürməsinə dair məhdudiyyətlər fondun rejimindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
- azad hesabatlı vençur kapitalı fondu yalnız qısamüddətli likvidlik ehtiyaclarını (investisiyaların maliyyələşdirilməsi və ya əməliyyat xərclərinin ödənilməsi) ödəmək məqsədilə borc götürə bilər. Ümumi borc öhdəlikləri fondun ümumi kapital öhdəliklərinin (cəlb edilmiş və ödənilməmiş kapital öhdəliklərinin cəmi) 30 %-dən çox, hər borcun müddəti isə 12 aydan artıq ola bilməz.
- lisenziyalaşdırılan vençur kapitalı fondu aktivlərinin 10 faizini keçməyən məbləğdə və üç aydan artıq olmayan müddətə borc götürə bilər.
Lisenziyalaşdırılan vençur kapitalı fondunun nizamnamə (şərikli) kapitalının minimum miqdarı və nizamnamə (şərikli) kapitalının formalaşdırması qaydalarını Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən edir.
Vençur kapitalı fondunun pay mülkiyyətçilərinin (səhmdarlarının) reyestri mərkəzi depozitar tərəfindən aparılır.
Vençur kapitalı fondu ildə azı bir dəfə idarə edilən aktivlərin həcmini hesablamalıdır. İdarə edilən aktivlərin həcminin hesablanması qaydasını AMB müəyyən edir.
Vençur kapitalı fondu öz investisiyalarını ölkədə, həmçinin "Valyuta tənzimi haqqında" qanunun tələbləri nəzərə alınmaqla ölkədən kənarda həyata keçirə bilər.
Vençur kapitalı fondunun fəaliyyət müddətinin uzadılması, idarəçisinin dəyişdirilməsi, habelə idarəçi tərəfindən əvvəlki fondun fəaliyyət müddəti bitdikdən sonra və ya onun investisiya strategiyasını davam etdirmək məqsədilə yeni varis vençur kapitalı fondunun təsis edilməsi məsələləri bu Qanunun tələbləri nəzərə alınmaqla fondun nizamnaməsi və (və ya) investisiya bəyannaməsi ilə müəyyən edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
21 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
30 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























