“Cibpay” və “Multi Solutions” şirkətlərinə daha geniş imkanlar verən elektron pul təşkilatı lisenziyası verilib
Mərkəzi Bank tərəfindən “Cibpay” MMC və “Multi Solutions” MMC-nin ödəniş təşkilatı lisenziyaları ləğv edilməklə, onlara daha geniş imkanlar verən elektron pul təşkilatı lisenziyaları verilmişdir.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Multi Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Cibpay” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Onlara elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib.
Ödəniş təşkilatı — müştərilərə nağd pulun daxil edilməsi və çıxarılması, köçürmələr, kart əməliyyatları və digər maliyyə xidmətlərini göstərən hüquqi şəxsdir. Bu təşkilatlar lisenziya əsasında fəaliyyət göstərir və ənənəvi banklara alternativ olaraq maliyyə və fintech sektorunda fəaliyyət göstərirlər.
Elektron pul təşkilatı (E-pul təşkilatı) - qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya əsasında elektron pul emissiya edən (yayan) və elektron pulla bağlı müxtəlif ödəniş əməliyyatlarını yerinə yetirən xüsusi hüquqi şəxsdir.Elektron pul təşkilatlarının fəaliyyəti və xidmətləri ilə bağlı bəzi əsas məqamlar:
Emissiya Prosesi: Real nağd pulları qəbul edərək, onun rəqəmsal qarşılığı olan e-pulu yaradır və istifadəçilərin sərəncamına verirlər.
İcra Etdikləri Əməliyyatlar: Elektron pul köçürmələri, ödəniş hesablarının idarə edilməsi, nağd vəsaitin hesaba mədaxil və ya məxaric edilməsi və digər müxtəlif ödəniş xidmətlərini həyata keçirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
24 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
33 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























