"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
ARDNF-nin İcraçı direktoru İtaliyaya işgüzar səfəri çərçivəsində Romada keçirilən "FII Priority Europe" Forumunda iştirak edibAzərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov İtaliyaya işgüzar səfəri çərçivəsində 17–19 iyun tarixlərində Romada keçirilən "FII Priority Europe" Forumunda iştirak edib. Gələcək İnvestisiya Təşəbbüsü (FII) İnstitutu tərəfindən təşkil olunan və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) təsisçi tərəfdaş qismində dəstəklədiyi tədbir "Yeniləşən Avropa: Kapital, suverenlik və strateji muxtariyyət" mövzusu üzrə keçirilib.
Tədbirdə əsas diqqət Avropanın enerji, texnologiya, təhlükəsizlik və maliyyə sahələrində strateji müstəqilliyinin gücləndirilməsinə yönəlib. Dünyanın aparıcı investorlarını, dövlət xadimlərini və innovasiya sahəsinin nümayəndələrini bir araya gətirən Forumda kapitalın Avropanın uzunmüddətli rəqabət qabiliyyətinin gücləndirilməsində oynaya biləcəyi rol müzakirə olunub.
İsrafil Məmmədov uzunmüddətli kapitalın irihəcmli infrastruktur layihələrinin maliyyələşdirilməsində oynadığı rolun müzakirə olunduğu "Avropanın gələcək infrastruktur inkişafını kim maliyyələşdirəcək?" adlı panel müzakirəsində iştirak edib. Çıxışında İsrafil Məmmədov qeyd edib ki, qlobal miqyasda investisiya kapitalının həcmi kifayət qədər yüksəkdir, əsas çağırış isə bu resursların institusional standartlara cavab verən yüksək keyfiyyətli layihələrə effektiv şəkildə yönləndirilməsidir. ARDNF-nin bu yanaşmanı praktikada necə tətbiq etdiyini izah edən İcraçı direktor bildirib:
“Biz bütün bazarlarda investisiya qərarlarımızı sabitlik, aktivlərin keyfiyyəti və uzunmüddətli dəyər yaratmaq prinsipləri əsasında formalaşdırırıq. İtaliyadakı sərmayələrimiz də bunun bariz nümunəsidir. Nəqliyyat və enerji sektorlarında uzunmüddətli perspektivdə portfelimizdə saxlamağı hədəflədiyimiz yüksək keyfiyyətli infrastruktur aktivlərinə sərmayə yatırmışıq. Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir və ölkə ARDNF-nin qlobal investisiya portfelində investisiya həcminə görə dördüncü ən böyük istiqamət olaraq yer alır.”
İşgüzar səfər çərçivəsində ARDNF-nin İcraçı direktoru dövlət qurumları, özəl sektor və suveren fondların nümayəndələri ilə bir sıra görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələlər, investisiya imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında məhsuldar müzakirələr aparıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
19 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
44 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























