MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
Şirkət artıq elektron pulun emissiyası da daxil olmaqla ödəniş xidmətlərinin tam spektrini həyata keçirmək hüququ qazanıb.(®) MSolution Azərbaycan Respublikası Mərkəzi Bankından elektron pul təşkilatı lisenziyası əldə edib. Bu, şirkətin ödəniş bazarındakı statusunu yüksəldən və fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə artıran mühüm addımdır.
Mərkəzi Bankın İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarı ilə MSolution-un əvvəlki ödəniş təşkilatı lisenziyası daha geniş səlahiyyətlər nəzərdə tutan elektron pul təşkilatı lisenziyası ilə əvəzlənib.
Yeni lisenziya ilə MSolution ekvayrinq, vasitəçilik və hesab üzrə məlumat xidmətləri ilə yanaşı, ödəniş hesabına nağd vəsaitin mədaxili və məxarici, ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası, pul köçürmələri və elektron pulun emissiyası üzrə xidmətlər təqdim edə bilər.
Şirkət MultiPay brendi ilə dövlət və özəl sektor üçün ödənişlərin idarə olunması, toplanması, paylanması və inteqrasiyası üzrə həllər təqdim edir. Şirkətin portfelində Mobil Notariat, Elektron Hərrac Portalı, MyGov, AYNA, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr, bələdiyyə, mənzil-kommunal istismar sahələri üzrə layihələr, eləcə də özəl qurumlar və digər bizneslər üçün hazırlanmış həllər yer alır. Elektron pul təşkilatı lisenziyası bu istiqaməti daha da gücləndirir və şirkətə govtech və hibrid həllər üzrə yeni ödəniş infrastrukturları qurmaq imkanı verir.
Şirkət bildirir ki, elektron pul təşkilatı lisenziyasının əldə olunması müştərilərə daha geniş, dayanıqlı və müasir ödəniş həlləri təqdim etmək istiqamətində yeni imkanlar açır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
23 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
32 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























