Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
"O hansı ölkədir ki, süni yumurta istehsal edib sıfır qiymətə Azərbaycana satır?"Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması ilə bağlı bir sıra KİV-lərdə, həmçinin sosial şəbəkələrdə satışa çıxarılan yumurtalarla bağlı əsassız iddialar yayılmaqdadır. Bu sıraya yumurtaların köhnə, yaxud süni olmasına dair iddialar da aiddir.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bununla bağlı bəyan edir ki, ölkəmizə xaricdən ərzaqlıq yumurta idxal olunmur.
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycan istehsalçıları yumurtaya olan daxili tələbatı artıqlaması ilə təmin edirlər:
“Ölkəmizdə yumurta istehsalı tələbatdan yüksək olduğuna görə son günlər qiymət ucuzlaşmasını müşahidə edirik. Bu halda, xaricdən, özü də süni yumurtanın idxalı absurddur. O hansı ölkədir ki, süni yumurta istehsal edib sıfır qiymətə Azərbaycana satır? Sıfır qiymət ona görə deyirəm ki, idxal edilib pərakəndə satışa 1-3 qəpiyə çıxarılan yumurtanı pulsuz almalısan ki, satışa 1 və ya 3 qəpiyə çıxarasan. Azərbaycanın özündə isə süni yumurta istehsalı texnologiyası mövcud deyil.
Hesab edirik ki, belə iddialar məqsədyönlü şəkildə, sırf yerli quşçuluq təsərrüfatlarının işgüzr nüfuzuna zərbə vurmaq məqsədilə cəmiyyətə ötürülür. Təəssüf ki, bəzi KİV-lər, saytlar da onu yayımlayır”.
M.Həsənli bir daha vurğulayır ki, Azərbaycanda təbii yumurta istehsalı kifayət qədərdir, süni, yaxud xaricdən idxal olunacaq yumurtalara ehtiyac yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
26 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
35 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























