Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Azərbaycan Aqrar Subsidiya Şurasının 2026-cı il üçün qərarı ilə Naxçıvan Muxtar Respublikası üzrə əkin, məhsul və toxum subsidiyalarına diferensial yanaşma tətbiq edilib, bir sıra subsidiya məbləğləri əhəmiyyətli dərəcədə artırılıb.
Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, müəyyən olunmuş texniki və aqrotexniki tələblərə cavab verən və 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək Naxçıvanda salınan bir sıra meyvə bağları üçün ölkədə tətbiq olunan ən yüksək birdəfəlik əkin subsidiyaları sırasında məbləğlər müəyyən edilib: Mühüm yeniliklərdən biri Naxçıvanda intensiv və superintensiv meyvə bağları üçün də subsidiya ödənişlərinin nəzərdə tutulmasıdır. Məsələn, göstərilən dövrdə salınmış intensiv armud bağları üzrə hər hektara 20 000 manat, intensiv alma bağları üzrə isə hər hektara 21 000 manat birdəfəlik əkin subsidiyası müəyyən edilib".
Nazir qeyd edib ki, superintensiv bağlar üçün subsidiya məbləği daha yüksəkdir: "Məsələn, superintensiv alma bağları üzrə hər hektara 32 200 manat subsdiya nəzədə tutulub ki, bu da bütün kateqoriyalar arasında ən yüksək subsidiya məbləğidir".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























