Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
(®) Azərbaycanın aparıcı internet provayderi Citynet yenilənmiş strategiyası ilə qabaqcıl texnologiyalara daha geniş miqyasda keçid edib. “Citynet ilə rahat yaşa” şüarı müştərilərin gündəlik həyatında internetdən istifadə prosesini daha sadə və rahat etməyə yönəlmiş öhdəliyi ifadə edir.
Artıq istənilən tarifə cəmi 3 kliklə qoşulmaq mümkündür. Tamamilə yenilənmiş veb-sayt daha sadə, sürətli və mobil cihazlara tam uyğun interfeys təqdim edir. Bundan əlavə, yenilənmiş mobil tətbiq vasitəsilə abunəçilər hesab idarəsi, balans yoxlaması, avtomatik ödəniş, operativ xəbərdarlıqlar və dəstək kimi imkanlara asanlıqla qoşula biləcəklər. Tətbiq həm iOS, həm də Android platformalarında əlçatandır.
Yeni strategiya çərçivəsində Citynet mövcud tarif xəttini də optimallaşdırıb. Artıq hər bir istifadəçi öz büdcəsinə və istifadə vərdişlərinə uyğun təklifi rahatlıqla seçə biləcək. Bundan əlavə, Citynet xüsusi “TələbəPlus” və sosialyönümlü “Qayğı” paketlərini də təqdim edib. Hər iki tarif haqqında ətraflı məlumatı www.citynet.az saytından əldə edə bilərsiniz.
Citynet yenilənmiş strategiyasını vizual kimlik üzərindən də əks etdirir. Yeni brend kimliyində hər bir element xüsusi məna daşıyır: dairə fasiləsiz xidməti, əyri xətlər isə sürətli internetin dinamik və axıcı təbiətini simvollaşdırır. Loqoda “c” hərfi mərkəzi element, nöqtə isə etibarlı və dayanıqlı əlaqənin mərkəzini təmsil edir. Wi-Fi işarəsi “rahat əlaqə” ideyasını, parlaq çəhrayı fiber optik şüanı, yaşıl rəng isə güclü siqnalı əks etdirir. Citynet optimallaşdırılmış tariflər, daha əlçatan xidmətlər, gücləndirilmiş müştəri dəstəyi və istifadəçi ehtiyaclarına uyğun həllərlə hər kəs üçün daha rahat rəqəmsal təcrübə yaradır.
Qeyd edək ki, Citynet yüksəksürətli internetlə yanaşı, eksklüziv TV xidmətləri də təqdim edir. Citynet tv vasitəsilə istifadəçilər “Digiturk”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi seçilmiş kanalları izləyə, həmçinin “YouTube”, “Netflix”, “Amazon Prime” və “Spotify” kimi populyar tətbiqlərə asanlıqla çıxış əldə edə bilirlər.
Citynet haqqında
Azərbaycanın aparıcı internet provayderi olan Citynet yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. Citynet, Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. Citynet müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
26 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
35 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























