Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
ABŞ-da Ağ Ev süni intellekt şirkəti OpenAI-dan inkişaf etmiş imkanlarına görə GPT-5.6 modelinin yayımının məhdudlaşdırılmasını tələb edib.CNN-in mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev inkişaf etmiş imkanları səbəbindən OpenAI-dan GPT-5.6 modelinin yalnız hökumət tərəfindən təsdiqlənmiş məhdud sayda iş ortağına təqdim olunmasını istəyib.
Mənbələr bildiriblər ki, Vaşinqton administrasiyası və OpenAI GPT-5.6 versiyasını kibertəhlükəsizlik sahəsində inkişaf etmiş imkanlarına görə ixrac nəzarəti tətbiq edilən Anthropic-in “Mythos” modeli ilə “eyni səviyyədə” qiymətləndirir.
OpenAI-ın isə modelin bazara çıxarılmasının məhdudlaşdırılması ilə razılaşdığı qeyd olunur.
ABŞ-ın texnologiya xəbər saytı “The Information” OpenAI və şirkətin Baş icraçı direktoru (CEO) Sam Altmanın bu məsələ ilə bağlı əməkdaşlara göndərdiyi məlumat qeydinə çıxış əldə edib.
Məlumat qeydində hökumətin yeni modelə çıxışının “müştəri bazasında” təsdiqləndiyi bildirilib.
Bundan əlavə, qeyddə “ABŞ hökumətinə bunun uzunmüddətli perspektivdə üstünlük verdiyimiz model olmadığını açıq şəkildə bildirdik. Gələcək versiyalar üçün daha dayanıqlı yanaşma hazırlamaq məqsədilə onlarla və sektordakı digər tərəflərlə birlikdə işləyəcəyik” ifadələri yer alıb.
Ağ Ev rəsmisi isə CNN-ə açıqlamasında sözügedən texnologiyanın risklərinə qarşı ortaq yanaşmaların hazırlanması məqsədilə qabaqcıl süni intellekt laboratoriyaları ilə əməkdaşlığın davam etdirildiyini bildirib.
Digər tərəfdən, OpenAI məsələ ilə bağlı şərh verməyib.
ABŞ Prezidenti Donald Tramp administrasiyası iyunun 13-də süni intellekt şirkəti Anthropic-in ən inkişaf etmiş modelləri olan “Mythos” və “Fable” üçün ixrac nəzarəti tətbiqinə başlamışdı.
Ağ Ev “milli təhlükəsizlik təhdidi” əsaslandırması ilə xarici hökumətlərin, şirkətlərin və fiziki şəxslərin bu modellərə çıxışını qadağan etmək qərarı qəbul etmişdi. Bundan sonra Anthropic inkişaf etmiş süni intellekt modellərini bütün istifadəçilər üçün deaktiv etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























