Dollarda son bir ilin ən böyük aylıq bahalaşması
Dollar təxminən son bir ilin ən yaxşı aylıq göstəricisinə doğru irəliləyir; diqqətlər məşğulluq məlumatları və Körfəzdəki gərginlikdədirABŞ dolları bazar ertəsi təzyiq altında qalsa da, Körfəzdəki gərginlik və Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) faiz siyasətinin gələcək istiqamətinə təsir göstərə biləcək məşğulluq məlumatları ərəfəsində təxminən son bir ilin ən böyük aylıq dəyər artımına doğru irəliləyib.
Marja xəbər verir ki, ABŞ və İran həftəsonu qarşılıqlı sərt bəyanatlar səsləndirsələr də, daha sonra qarşılıqlı hücumları dayandırmaq və çərşənbə axşamı Qətərdə görüşmək barədə razılığa gəliblər. Bu isə investorları kövrək atəşkəslə bağlı narahat vəziyyətdə saxlayıb.
Bazar ertəsi neft qiymətləri Hörmüz Boğazında enerji daşımalarını yenidən ləngidən zərbələrdən sonra yüksəlib. Bu da təhlükəsiz liman aktivi kimi dollara tələbi dəstəkləyib.
Avro ötən həftə dollar qarşısında 13 ayın ən aşağı səviyyəsinə endikdən sonra 1,1387 dollar səviyyəsində sabit qalıb və aylıq müqayisədə 2,3 faiz ucuzlaşıb. Britaniya funtu 0,1 faiz dəyər itirərək 1,3198 dollara enib və ay ərzində 2 faiz dəyər itirib.
Riskə həssas hesab olunan Avstraliya dolları erkən ticarətdə 0,1 faiz ucuzlaşaraq 0,6885 dollara düşüb və ayı 4,1 faiz itki ilə başa vurmağa doğru irəliləyib. Yeni Zelandiya dolları 0,5635 dollar səviyyəsində ciddi dəyişməyib, ay ərzində isə 5,9 faiz ucuzlaşıb.
Yapon yeni sonuncu dəfə 161,75 səviyyəsində ticarət olunub və 40 ilin minimumuna yaxın zəif mövqeyini qoruyub.
Dolların yen və avro da daxil olmaqla bir sıra valyutalara qarşı dəyərini ölçən dollar indeksi cüzi yüksələrək 101,36 səviyyəsinə çatıb.
İndeks hazırda iyun ayını 2,5 faizlik artımla başa vurmağa doğru irəliləyir ki, bu da ötən ilin iyulundan bəri ən böyük aylıq yüksəliş deməkdir.
İranla münaqişə inflyasiya təzyiqlərini artırmaqda davam edib. Eyni zamanda, ayın əvvəlində Kevin Uoşun (Kevin Warsh) Federal Ehtiyat Sisteminin sədri kimi gözlənilmədən sərt monetar siyasət tərəfdarı mövqeyi ilə yadda qalan ilk çıxışı bazarların bu il ABŞ-da faiz endirimləri ilə bağlı gözləntilərini dəyişib.
Bununla yanaşı, texnologiya şirkətlərinin liderlik etdiyi qlobal səhm satış dalğası da investorların daha təhlükəsiz aktivlərə yönəlməsi fonunda dollara kapital axınını artırır.
İnvestorlar indi bu həftə açıqlanacaq ABŞ-ın kənd təsərrüfatı xaric məşğulluq göstəricilərini və işsizlik səviyyəsini izləyirlər. Bu məlumatlar əmək bazarının gücü və Fed siyasətinin perspektivləri ilə bağlı yeni siqnallar verə bilər.
Commonwealth Bank of Australia-nın valyuta bazarları üzrə rəhbəri Cozef Kapurso qeyddə bildirib: "Yaxın həftələrdə ABŞ dollarının tədricən möhkəmlənəcəyini gözləyirik. Onun sözlərinə görə, güclü və yaxşılaşmaqda olan əmək bazarı ABŞ faiz dərəcələrinin və dolların yüksəlməsi üçün əsas yaradır".
Bu həftə Avropa Mərkəzi Bankının illik forumu da diqqət mərkəzində olacaq. İnvestorlar neft qiymətlərinin azalması və səhm bazarlarında dəyişkənlik fonunda mərkəzi bankların siyasətlərindəki dəyişiklikləri izləməyə davam edirlər.
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard forumu bazar ertəsi açacaq. Çərşənbə günü isə Fed sədri Uoşun da iştirak edəcəyi mühüm siyasət paneli keçiriləcək. Bazarlar yeni Fed rəhbərinin mövqeyi ilə bağlı daha aydın siqnallar gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 4 d. əvvəl
-
25 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
37 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
47 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib



























