"İnternet provaydeləri yüksəksürətli paketləri daha münasib etməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək"
(®) Azərbaycanda son 4-5 ildə genişzolaqlı internetin əhatə dairəsi 13 dəfə artaraq 3 milyon təsərrüfata yaxınlaşıb. Ölkədə ümumi internet trafiki ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 22% artıb. Eyni zamanda GPON texnologiyası üzərindən xidmət alan istifadəçilər üzrə orta trafik həcmi də təxminən 20% artıb.
2021-ci ildə ölkə üzrə orta internet sürəti 11,7 Mbit/s idisə, bu gün orta sürət 91,57 Mbit/s həddini keçib ki, bu, səkkiz dəfədən çox artım deməkdir. Ancaq “Ookla” tərəfindən təqdim edilən məlumatları araşdırdıqda görünür ki, son 4-5 ayda orta sürət göstəricisi ciddi durğunluq vəziyyətindədir. Ölkədə median sürət orta hesabla 91-92 Mbit/s aralığında ilişib qalıb.
İKT üzrə ekspert Elvin Abbasov mövzunu şərh edərək bildirir ki, eyni evdə orta hesabla 5 nəfərin eyni vaxtda 3 fərqli cihaz vasitəsilə internet istifadəsi zamanı yaranan yükü anlamaq üçün sadə toplama əməlini bilmək kifayətdir:
“Görünən mənzərə odur ki, smart saatları, qulaqcıqları, internetə bağlanmış digər məişət əşyalarını nəzərə almadan 3 müxtəlif platformanın gözlənilən keyfiyyətdə istifadəsi üçün minimal 162 Mbit/s sürət tələb olunur.
Pik saatlar və şəbəkə dalğalanmaları da nəzərə alınarsa, praktik baxımdan tövsiyə olunan minimal internet paketi 250 Mbit/s olmalıdır. Azərbaycanda isə orta deyil, median sürət hələ ki 100 Mbit/s-nin altındadır”.
Aydın məsələdir ki, trafikin həcmindəki artım dinamikası dayanmayacaq. Xüsusilə genişzolaqlı istifadəçi sayının artması ilə daha çox trafik tələb olunacaq və “boğulma” effekti daha da güclənəcək.
Hazırda ölkədə əsas provayderlərin təqdim etdiyi minimal sürət paketi əsasən 100 Mbit/s-dir. Ölkə üzrə fəaliyyət göstərən təxminən 200-ə yaxın provayderdən yalnız 3-ü (Azeronline, Aztelekom və Citynet) 150 Mbit/s-dən yüksək sürət təqdim edir. Digər provayderlərin böyük əksəriyyəti isə 50-100 Mbit/s çərçivəsində xidmət göstərir. Görünür ki, bu 3 provayder ölkədə median sürətin artması üçün yetərli deyil. Provayderlər tərəfindən yüksək sürətli paketlər təklif olunsa belə bu paketlərdən yararlanan istifadəçi sayı azdır.
Ekspert son olaraq əlavə edib ki, əgər internet provayderlər qiymət siyasətlərinə dəyişiklik etməsələr və yüksəksürətli paketləri istehlakçı üçün daha əlçatan hala gətirməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
27 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
36 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























