Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
İyunun 30-da Naxçıvan şəhərində “GB GROUP” MMC-nin yeni tekstil istehsalı müəssisəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, eləcə də dövlət qurumlarının nümayəndələri və muxtar respublikada fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Çıxışlarda, tekstil sənayesinin qadın məşğulluğunun artırılmasında mühüm rol oynadığı, layihədə Türkiyədən olan investorun iştirakının Naxçıvanın xarici investisiyalar üçün cəlbedici məkan olduğunu bir daha təsdiqlədiyi qeyd edilib və müəssisənin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Məlumat verilib ki, 2025-ci ilin dekabr ayında verilmiş investisiya təşviqi sənədi çərçivəsində müəssisəyə 4 təsdiqedici sənəd təqdim olunub. Bunun hesabına Çin və Türkiyədən müasir istehsal avadanlıqları, xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad şəkildə idxal edilib.
Müəssisədə ilkin mərhələdə 100-ə yaxın daimi iş yeri yaradılıb. Burada istehsal olunacaq tekstil məhsullarının ölkədaxili bazarda satışı ilə yanaşı, xarici bazarlara da ixrac olunması nəzərdə tutulur. Gələcəkdə isə istehsal həcminin artırılması, məhsul çeşidinin genişləndirilməsi, ixrac imkanlarının inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 19 d. əvvəl
-
23 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
40 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm



























