Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ

Rəsmi idxalçının salonunda IM LS9 106 760 AZN-dən başlayan qiymətlərlə təqdim olunur (ƏDV daxil).
iç səhifə xəbər başlığı altı (mobil)_31
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ

Pekin Beynəlxalq Avtomobil sərgisində böyük maraq doğuran IM LS9 modeli Azərbaycanda ilk dəfə təqdim edilib. Qabaqcıl idarəetmə texnologiyaları və innovativ yanaşması ilə seçilən IM Motors ən yeni flaqman modeli IM LS9 ilə Azərbaycan bazarına daxil olur.

“Bildiyiniz kimi Onvolt şirkəti 2022-ci ildən yalnız elektrik avtomobillər istehsal edən brendlərin rəsmi idxalçısı idi, bu ildən etibarən SAIC konserni IM Motors brendinin model sırasına hibrid avtomobillərini də daxil edib. Hazırda təqdimatını etdiyimiz LS9 EREV artıq Bakıdadır, LS6 EREV və LS8 EREV isə yaxın aylarda alıcılara təqdim olunacaq. Beləliklə bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq. Bu həm Skywell-a həmdə IM Motors avtomobil brendlərinə aiddir.” – deyə redaksiyamıza Onvolt MMC-nin təsisçisi və baş direktoru Həsən İsmayılov bildirib.

• IM LS9 – 6 nəfərlik premium Plug-in Hybrid SUV modelidir.

• Avtomobil rəsmi idxalçı tərəfindən 4 il və ya 100 000 km-dək zəmanətlə təqdim olunur.

Yeni IM LS9 yüksək komfort, praktiklik, qabaqcıl texnologiya və güclü performansı bir araya gətirir. Geniş interyeri, innovativ sürücü dəstək sistemləri və 1500 km-dək məsafə qət etmə imkanı ilə ailə və biznes istifadəçiləri üçün premium SUV kimi mövqelənir.
Modelin texniki məlumatları:

• Uzunluğu 5279 mm ;
• Eni 2000 mm ;
• Hündürlüyü 1806 mm ;
• Təkər bazası 3160 mm ;
• 517 at gücü və tam ötürücü sistemilə IM LS9 öz seqmentində qiymət və performans baxımından bugünə ən diqqət çəkən təklifdir.
 
IM LS9 təqdimatından etibarən steer-by-wire texnologiyası və 24 dərəcəyədək hərəkətli arxa təkər idarəetmə sistemi ilə fərqlənir. Bu həllər böyük ölçülü SUV üçün daha çevik idarəetmə, rahat manevr və yüksək sürüş komfortu təmin edir.

Müxtəlif eksteryer, interyer və təkər diski kombinasiyaları ilə təqdim olunan IM LS9 sinfinin premium avadanlıqları ilə təchiz edilib. Yeni nəsil 4D masaj texnologiyası, böyük ölçülü 8K salon ekranları, Bang & Olufsen səs sistemi, eləcə də NVIDIA Qualcomm kimi aparıcı təchizatçılardan alınmış yüksək sürətli prosessorlar avtomobilin texnoloji səviyyəsini və istifadə rahatlığını artırır.

Rəsmi idxalçının salonunda IM LS9 106 760 AZN-dən başlayan qiymətlərlə təqdim olunur (ƏDV daxil). Model premium SUV seqmentində yeni standartlar müəyyən etməyi və Azərbaycan bazarında hibrid texnologiyalara marağı daha da artırmağı hədəfləyir.

Model ölkədə rəsmi idxalçı “Onvolt MMC” tərəfindən təqdim edilir.

Əlaqə məlumatları
Ünvan: Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 194
Tel.: +994 99 440 00 07, +994 12 440 00 07

IM LS9 Azərbaycanda neçəyə satılır IM LS9 qiyməti 106 760 AZN IM LS9 hansı xüsusiyyətlərə malikdir IM LS9 Plug-in Hybrid SUV nədir IM Motors Azərbaycana hansı modelləri gətirir Onvolt hansı hibrid avtomobilləri satacaq LS6 EREV və LS8 EREV Azərbaycana nə vaxt gələcək IM LS9 neçə nəfərlik avtomobildir IM LS9 yürüş məsafəsi nə qədərdir IM LS9 1500 km məsafə qət edir IM LS9 517 at gücü steer-by-wire texnologiyası nədir IM LS9 arxa təkər idarəetmə sistemi Azərbaycanda premium hibrid SUV Onvolt IM Motors rəsmi idxalçı IM LS9 zəmanət şərtləri IM LS9 texniki göstəriciləri IM Motors Azərbaycan bazarına daxil oldu
30.06.2026 21:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19