Epoint beynəlxalq ödəniş imkanlarını genişləndirir: artıq American Express və UnionPay kartlarının qəbulu mümkündür
Xarici turistlər, işgüzar səfərdə olan şəxslər və müxtəlif ölkələrdən olan kart sahibləri Epoint şəbəkəsində rahat və təhlükəsiz şəkildə ödəniş edə biləcəklər(®) Epoint beynəlxalq ödəniş infrastrukturunu inkişaf etdirməyə davam edərək American Express (AmEx) və UnionPay kartlarının qəbulunu istifadəyə verib. Yeni inteqrasiya sayəsində Epoint tərəfdaşları müştərilərinə daha geniş beynəlxalq ödəniş imkanları təqdim edə biləcəklər.
American Express və UnionPay kartlarının qəbulu bizneslərə daha çox beynəlxalq müştəriyə xidmət göstərmək imkanı yaradır. Xarici turistlər, işgüzar səfərdə olan şəxslər və müxtəlif ölkələrdən olan kart sahibləri Epoint şəbəkəsində rahat və təhlükəsiz şəkildə ödəniş edə biləcəklər.
Bu inteqrasiya Epoint-in qlobal standartlara uyğun müasir ödəniş həllərinin inkişafı strategiyasının növbəti mərhələsidir. Yeni ödəniş imkanlarının əlavə edilməsi tərəfdaş bizneslərə müştərilərinə daha çox seçim təqdim etməyə, xidmət keyfiyyətini artırmağa və satış potensialını genişləndirməyə şərait yaradır.
“Bizneslərin inkişafı üçün çevik və etibarlı ödəniş infrastrukturu mühüm əhəmiyyət daşıyır. American Express və UnionPay kartlarının Epoint şəbəkəsində qəbulunun başlanması tərəfdaşlarımıza daha geniş beynəlxalq auditoriyaya xidmət göstərmək imkanı yaradacaq. Məqsədimiz biznesləri müasir ödəniş həlləri ilə təmin etmək və onların inkişafını dəstəkləməkdir”, - deyə Epoint şirkətinin baş icraçı direktoru (CEO) Zeynal Kərimzadə bildirib.
Epoint innovativ ödəniş həllərini inkişaf etdirməyə davam edərək bizneslərin rəqəmsal transformasiyasına töhfə verir və istifadəçilər üçün rahat, təhlükəsiz və müasir ödəniş təcrübəsi yaradır.
Ətraflı məlumat üçün:
+994 70 242 99 66
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
24 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
33 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























