"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
“ManageEngine ServiceDesk Plus” platforması "AgroDairy" şirkətinə İT xidmətlərinin daha çevik idarə olunması, yüksək əlçatanlıq, etibarlı infrastruktur və miqyaslana bilən xidmət modelindən faydalanmaq imkanı yaradır.Azərbaycanın aparıcı İT həlləri inteqratorlarından biri olan "Rabalon", aqrar sektorunun lider şirkətlərindən olan "Agro Dairy" üçün “ManageEngine ServiceDesk Plus Cloud” platformasının inteqrasiyasını uğurla həyata keçirib.
Layihə çərçivəsində “ManageEngine ServiceDesk Plus” platforması ənənəvi on-premise modeldə deyil, tamamilə bulud (cloud) infrastrukturu üzərindən tətbiq olunub. Bu yanaşma şirkətə İT xidmətlərinin daha çevik idarə olunması, yüksək əlçatanlıq, etibarlı infrastruktur və miqyaslana bilən xidmət modelindən faydalanmaq imkanı yaradır.
"ServiceDesk Plus" təşkilat daxilində İT xidmətlərinin idarə edilməsini (ITSM) optimallaşdırmaqla yanaşı, İT komandası ilə biznes bölmələri arasında əməkdaşlığın daha səmərəli təşkilini təmin edir. Platforma müraciətlərin idarə edilməsi, xidmət kataloqu, iş axınlarının avtomatlaşdırılması və SLA nəzarəti kimi funksiyalar vasitəsilə xidmət keyfiyyətinin artırılmasını dəstəkləyir.
"Rabalon" tərəfindən uğurla reallaşdırılan bu layihə "Agro Dairy"nin rəqəmsal transformasiya strategiyasının mühüm mərhələlərindən biri olmaqla yanaşı, Azərbaycanın aqrar sektorunda ManageEngine "ServiceDesk Plus Cloud" həllinin ilk tətbiqlərindən biri kimi də xüsusi əhəmiyyət daşıyır.
"Rabalon" müasir və innovativ İT həlləri vasitəsilə müxtəlif sektorlarda fəaliyyət göstərən müəssisələrin rəqəmsal transformasiyasını sürətləndirməyə, biznes proseslərinin optimallaşdırılmasına və əməliyyat səmərəliliyinin artırılmasına dəstək verməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
21 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
30 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
























