3-cü KOB klaster şirkəti yaradılıb - Şəhadətnamə verildi
Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq. Layihəyə ilkin mərhələdə 5 milyon manat olmaqla, ümumilikdə 8 milyon manat həcmində investisiya yatırılması nəzərdə tutulur."Healthtech Solutions KOB Klaster Şirkəti"nə KOB klaster şəhadətnaməsi verilib.
Ölkədə sayca üçüncü KOB klaster şirkəti – "Healthtech Solutions KOB Klaster Şirkəti" MMC yaradılıb.
MArja xəbər verir ki, “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə şirkət arasında görüş keçirilib və şirkətə vergi güzəştlərini nəzərdə tutan KOB klaster şəhadətnaməsi təqdim olunub.
Bakı şəhərində fəaliyyət göstərəcək müəssisə laboratoriyalarda istifadə olunan test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsal edəcək. Layihəyə ilkin mərhələdə 5 milyon manat olmaqla, ümumilikdə 8 milyon manat həcmində investisiya yatırılması nəzərdə tutulur. Müəssisədə ilkin mərhələdə 10-a yaxın, ortamüddətli dövrdə isə 50 nəfərin daimi iş yeri ilə təmin olunması planlaşdırılır.
Artıq 11 KOB subyekti KOB klaster şirkətinin iştirakçısıdır. Bu şirkətlər KOB klaster şirkətinə istehsal prosesinin fasiləsizliyini və effektiv idarə olunmasını təmin edəcək xammal tədarükü, logistika, avadanlıqların təmiri, tikinti-quraşdırma, İT, dizayn və digər istiqamətlərdə xidmətlər göstərəcək.
Qanunvericiliyə əsasən, KOB klaster şirkəti və onun iştirakçıları reyestrə daxil edildiyi tarixdən etibarən 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən, habelə texnoloji avadanlıqların idxalı zamanı ƏDV-dən azad olunmaqla geniş dövlət dəstəyi və vergi güzəştlərindən yararlanacaqlar.
Müəssisənin fəaliyyəti laboratoriya və tibbi sərf materialları üzrə yerli istehsalın inkişafına, bu sahədə idxalın əvəzlənməsinə və ixrac potensialının artırılmasına xidmət edəcək.
Qeyd edək ki, “KOB klaster şirkəti” və “KOB klaster iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum KOBİA-dır. İndiyədək Agentlik tərəfindən iki şirkətə KOB klaster şəhadətnaməsi verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
26 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
35 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























