Azərbaycanda balıq ovu kvotaları dəyişə bilər – Xəzərdə elmi ekspedisiya başladı
Azərbaycanda balıqçılıq sektoru üçün vacib ekspedisiya başladı - Kvotlar dəyişə bilər2026-cı il 7-15 iyul tarixlərində Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası keçirilir
Marja xəbər verir ki, ekspedisiya Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, həmçinin Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə həyata keçirilir.
Ekspedisiya çərçivəsində Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə türkiyəli alimlər birgə elmi tədqiqatlar həyata keçirirlər.
Tədqiqatın əsas məqsədi balıq və digər su bioresurslarının ehtiyatlarını, populyasiya vəziyyətini, biomüxtəlifliyi və ekoloji durumunu qiymətləndirmək, əldə olunan elmi nəticələr əsasında 2027-ci il üçün balıq ovu kvotalarını müəyyən etməkdir.
Ekspedisiyanın nəticələri əsasında hazırlanacaq elmi hesabat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq.
Ekspedisiyanın yekun nəticələri və aparılmış təhlillər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 30 d. əvvəl
- 50 d. əvvəl
-
51 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
57 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir

























