“Celt Tədris Mərkəzi” 25 illik uğur tarixini yeni rekordla davam etdirir: 300-dən çox məzun dünyanın aparıcı universitetlərinə qəbul olunub
(®) Şirkət bu il də 100 faiz qəbul nəticəsi əldə edərək tələbələrini dünyanın nüfuzlu ali təhsil müəssisələrinə göndərib.
Azərbaycanda xaricdə təhsil və akademik məsləhət xidmətləri sahəsində 25 illik təcrübəyə malik olan “Celt Tədris Mərkəzi” 2025–2026-cı tədris ilini də yüksək nəticələrlə başa vurub. Şirkət bu il 100 faiz qəbul göstəricisi əldə edərək 300-dən çox məzunun həm yerli, həm də dünyanın aparıcı universitetlərinə qəbul olunmasına nail olub.
CELT-in təqdim etdiyi məlumata görə, qəbul olunan tələbələr arasında ADA Universiteti ilə yanaşı, Böyük Britaniya, ABŞ, Almaniya, Çin, Belçika, Türkiyə və digər ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul qazanan gənclər yer alır.
Şirkət bildirir ki, bu nəticələrin əsasında hər bir tələbə üçün hazırlanmış fərdi təhsil strategiyası, akademik planlaşdırma, peşəkar konsultasiya və beynəlxalq qəbul prosesinin bütün mərhələlərini əhatə edən kompleks dəstək dayanır.
Qəbul olunan məzunların əhəmiyyətli hissəsi yüksək akademik göstəricilərinə görə müxtəlif universitetlər tərəfindən təhsil haqlarının tam və ya qismən ödənilməsini nəzərdə tutan təqaüdlər və maliyyə güzəştləri də əldə edib. Bu isə tələbələrin beynəlxalq rəqabət mühitinə uyğun hazırlandıqlarını və akademik potensiallarının yüksək qiymətləndirildiyini göstərir.
CELT rəhbərliyi qeyd edir ki, 25 il ərzində formalaşdırılmış təcrübə, beynəlxalq tərəfdaşlıq şəbəkəsi və peşəkar komanda tələbələrin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Şirkətin əsas məqsədi tələbələrin yalnız universitetə qəbulunu təmin etmək deyil, eyni zamanda onların akademik və peşəkar inkişafına uzunmüddətli töhfə verməkdir.
Qeyd edək ki, “Celt Tədris Mərkəzi” 25 ildən artıqdır xaricdə təhsil, dil hazırlığı, universitet seçimləri, qəbul prosesinin təşkili və viza dəstəyi istiqamətində fəaliyyət göstərir. Şirkət bu illər ərzində minlərlə azərbaycanlı gəncin dünyanın müxtəlif ölkələrində ali təhsil almasına dəstək göstərib.
Bu ilin qəbul nəticələri də CELT-in ölkədə beynəlxalq təhsil üzrə aparıcı məsləhət və hazırlıq mərkəzlərindən biri kimi fəaliyyətini davam etdirdiyini nümayiş etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 29 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
56 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
























